Dənyal
9 Madalı Ahaşveroşun oğlu Dara+ kəldanilərin+ səltənəti üzərində şah qoyulmuşdu, onun hakimiyyətinin birinci ili idi. 2 Onun hakimiyyətinin birinci ilində mən Dənyal kitablardan, Yehovanın Ərəmya peyğəmbərə dediyi sözdən Yerusəlimin viran qalacağı+ illərin sayını müəyyən etdim: yetmiş il+. 3 Onda mən var olan Allah Yehovaya üz tutub duada yalvarmağa başladım, oruc tutdum+, çula bürünüb kül içində oturdum. 4 Allahım Yehovaya duada tövbə edərək dedim:
«Ey əhdinə sadiq qalan, Səni sevib əmrlərinə riayət edənlərə+ məhəbbət göstərən+ böyük və zəhmli Allah Yehova! 5 Biz günah sahibiyik, pis işlər gördük, şər əməllərə qurşandıq, asilik etdik+, əmrlərindən, hökmlərindən uzaqlaşdıq. 6 Sənin adından padşahlarımıza, bəylərimizə, ata-babalarımıza, ölkənin bütün xalqına söz deyən qulun peyğəmbərlərə+ qulaq asmadıq. 7 Ey Yehova, Sən haqq sahibisən, bizsə yenə üzüqarayıq, biz — Yəhuda əhli, Yerusəlim sakinləri və Sənə qarşı xəyanət etdikləri üçün yaxın-uzaq ölkələrə səpələdiyin bütün israillilər.+
8 Ey Yehova, Sənə qarşı günah işlədiyimizə görə hamımızın — padşahlarımızın da, bəylərimizin də, ata-babalarımızın da üzü qaradır. 9 Allahımız Yehova, Sən mərhəmətli və bağışlayansan,+ biz isə Sənə asi olduq.+ 10 Allahımız Yehova, biz Sənin sözündən çıxdıq, qulun peyğəmbərlər+ vasitəsilə verdiyin qanunlara əməl etmədik. 11 Bütün İsrail Qanununu pozdu, sözünə itaət etməyib yoldan çıxdı. Buna görə də Sən Allahın qulu Musanın Qanununda+ yazılmış, andla bərkidilmiş lənəti üstümüzə tökdün. Çünki biz Sənə qarşı günah işlədik. 12 Sən bizim və başçılarımızın əleyhinə dediyin sözləri+ icra edib başımıza müsibət gətirdin. Yerusəlimin başına gələn müsibət+ səma altında heç vaxt görünməyib. 13 Musanın Qanununda yazılan bütün bəlalar başımıza gəldi.+ Biz isə təqsirlərimizdən əl çəkib+ Allahımız Yehovadan lütf diləmədik, Sənin haqq olduğunu dərk etmədik.
14 Sən görürdün, ey Yehova və başımıza müsibət gətirdin, çünki ey Yehova, Sənin bütün işlərin haqdır, biz isə Sənin sözündən çıxdıq.+
15 Ey Yehova, xalqını qüdrətli əlilə Misirdən çıxaran,+ ta bu günə kimi Özünü şöhrətləndirən Allahımız,+ biz Sənə qarşı günah etmişik, şər işlərə qurşanmışıq. 16 Ey Yehova, Sən adilsən,+ nə olar, hirs-qəzəbini şəhərin Yerusəlimdən, müqəddəs dağından döndər. Çünki günahlarımızın, ata-babalarımızın təqsiri ucbatından Yerusəlim, Sənin xalqın aləmdə rüsvay olub.+ 17 İndi, ey Allahımız, qulunun duasını, yalvarışını eşit. Ey Yehova, Öz şərəfin naminə xaraba qalmış+ müqəddəs məkanına+ camalının nurunu saç. 18 Dinlə, eşit, ey Allahımız! Bax nə kökdəyik. Gör adını daşıyan şəhərin nə haldadır. Savablarımıza görə yox, hədsiz mərhəmətinə görə Sənə yalvarırıq.+ 19 Eşit, ya Yehova! Bağışla, ya Yehova!+ Bizə nəzər sal, hərəkətə keç, ya Yehova! Ya Rəbbim, adın naminə ləngimə. Çünki bu şəhər, bu xalq Sənin adınla tanınır».+
20 Mən duada tövbə edib öz günahımı, xalqım İsrailin günahını etiraf edərkən, Allahım Yehovadan müqəddəs dağı üçün lütf diləyərkən,+ 21 dua hələ dilimdə ikən, axşam təqdiməsi vaxtı əvvəllər vəhydə+ gördüyüm Cəbrayıl+ insan simasında qarşımda zühur etdi. Mən çox yorğun idim. 22 O, məni başa salıb dedi:
«Ey Dənyal, mən gəldim ki, hər şeyi sənə anladım. 23 Sən yalvarmağa başlayanda bir nida gəldi və mən gəldim ki, bunu sənə çatdırım, çünki sən çox istəkli bəndəsən.+ Buna görə sənə gətirdiyim sözlər barədə düşün və bu vəhyi anla.
24 Allah sənin xalqın və müqəddəs şəhərin+ üçün yetmiş həftə* təyin edib. Belə ki, asiliyə son qoyulsun, günah bitsin,+ təqsir üçün kəffarə verilsin,+ əbədi salehlik bərqərar olsun,+ vəhy və peyğəmbərlik möhürlənsin+ və Ən müqəddəs yer məsh edilsin. 25 Bil və agah ol, Yerusəlimin yenidən tikilib bərpa edilməsi+ üçün fərmanın çıxmasından Öndər+ Məsihin+ zühuruna qədər yeddi həftə və altmış iki həftə+ keçəcək. Yerusəlim, onun meydanı və xəndəyi yenidən tikilib bərpa ediləcək, amma bu, ağır vaxtda olacaq.
26 Altmış iki həftə keçəndən sonra Məsih həlak olacaq,+ özünə heç nə qalmayacaq.+
Bir rəhbər gələcək, onun qoşunu şəhəri və müqəddəs məkanı darmadağın edəcək.+ Onu, sanki, sel basıb keçəcək; aqibəti bu cür olacaq. Sonadək müharibə olacaq. Oranın viran qalmasına qərar verilib.+
27 O*, çoxlarından ötrü əhdi bir həftə qüvvədə saxlayacaq. Həftənin ortasında qurban və bəxşişi dayandıracaq.+
İyrənc şeylərin qanadı üstündə birisi gəlib viranəlik gətirəcək.+ Viran qalan tamamilə məhv edilənədək ona çıxarılmış qərar icra ediləcək».