Yuil
3 «Həmin günlərdə,
Yəhuda və Yerusəlimin əsirlikdəki sakinlərini geri qaytaracağım+ vaxt
2 Mən bütün xalqları yığıb
Yəhuşafat* dərəsinə gətirəcəyəm.
Orada xalqıma görə,
İrsim İsrailə görə onlarla haqq-hesab çəkəcəyəm.+
Çünki xalqımı ümmətlər arasına səpələdilər,
Torpağımı bölüşdürdülər.+
3 Xalqımdan ötrü püşk atdılar,+
Fahişəyə muzd əvəzi oğlan uşağı verdilər,
Qız uşağını şəraba dəyişdilər.
4 Ey Sur və Sidon, ey Filişt bölgələri,
Mənimlə bu cür davranmağa necə cürət etdiniz?
Sizə nə pisliyim dəyib ki, Mənə əvəzini verirsiniz?
Madam, Mənimlə belə hərəkət edirsiniz,
Mən də etdiklərinizi dərhal, dərhal başınıza gətirəcəyəm.+
5 Çünki siz qızılımı, gümüşümü götürdünüz,+
Qiymətli xəzinəmi məbədlərinizə apardınız,
6 Yəhuda və Yerusəlim əhlini
Vətənlərindən uzaqlaşdırmaq üçün yunanlara satdınız.+
7 Mən onları ayağa qaldıracağam ki, satdığınız yerdən geri qayıtsınlar.+
Etdiklərinizi başınıza gətirəcəyəm.
8 Sizin oğul-qızlarınızı Yəhuda əhlinə satacağam,+
Onlar da övladlarınızı uzaq bir xalqa, Səba camaatına satacaqlar,
Yehova belə deyir.
9 Xalqlar arasında elan edin:+
“Müharibəyə hazırlaşın! İgidləri qızışdırın!
Qoy bütün döyüşçülər yaxınlaşsın, irəli atılsın!+
10 Gavahınlarınızdan* qılınc, oraqlarınızdan nizə düzəldin.
Qoy zəif “mən güclüyəm” desin!
11 Ey ətrafdakı xalqlar, bir yerə toplanın,+ gəlin bir-birinizə kömək edin!”»
Ey Yehova, igidlərini oraya endir.
12 «Qoy xalqlar qalxsın, Yəhuşafat dərəsinə çıxsın.
Çünki Mən orada oturub bütün ətraf xalqları mühakimə edəcəyəm.+
13 Oraq çalın, məhsul yetişib.
Aşağı düşüb tapdalayın, üzümsıxan dolub,+
Çənlər dolub-daşır, çünki xalqların pisliyi çoxdur.
15 Günəş və ay qaralacaq,
Ulduzların parıltısı itəcək.
16 Yehova Siondan nərə çəkəcək,
Yerusəlimdən guruldayacaq.
17 Onda biləcəksiniz ki, Mən sizin Allahınız Yehovayam, müqəddəs dağım Sion məskənimdir.+
18 O gün belə olacaq: dağlardan şirin şərab damacaq,+
Təpələrdən süd axacaq,
Yəhudanın bütün çayları su ilə dolacaq.
Yehovanın evindən bir çeşmə çıxacaq,+
Akasiya vadisini suvaracaq.
19 Yəhuda xalqına zülm etdiyinə görə,+
Onun torpağında günahsız qan tökdüyünə görə+
Misir viran qalacaq,+
Ədum ins-cins olmayan səhraya dönəcək.+
20 Amma Yəhuda həmişə,
Yerusəlim nəsildən-nəslə insan məskəni olacaq.+