Əşiya
64 Kaş göyləri yarıb aşağı enəydin,
Dağlar önündə lərzəyə gələrdi,
2 Sanki, alov kolluğu yandırar,
Od suyu qaynadardı.
Onda adın düşmənlərinə aşkar olardı,
Xalqlar önündə tir-tir əsərdi!
4 Sənə bənzər başqa Allah yoxdur ki,
Ona təvəkkül edənlər uğrunda hərəkətə keçsin.
Ta qədimdən bəri bu cür Allahı nə görən, nə də haqqında eşidib-bilən olmayıb.+
5 Sən haqq işi sevinclə görənlərə,
Səni unutmayıb yolunla gedənlərə yar oldun.+
Biz günahdan əl çəkməyəndə qəzəbləndin,+
Uzun-uzadı bu yolla getdik.
Bundan sonra necə xilas olarıq?
Hamımız yarpaq kimi quruyub gedəcəyik,
Günahlarımız küləktək bizi sovuracaq.
7 Adını çağıran bir kimsə yoxdur,
Ətəyindən yapışmağa can atan yoxdur.
Üzünü bizdən çevirmisən,+
Təqsirimizə görə bizi əridirsən.
9 Ey Yehova, bərk qəzəblənmə,+
Təqsirimizi daima yadında saxlama.
Nə olar, bizə nəzər sal, axı biz Sənin xalqınıq.
11 Ata-babalarımızın Səni mədh etdikləri yerə,
Müqəddəs və şanlı məbədimizə od vurulub.+ Bizə əziz nə vardısa, xaraba qalıb.
12 Ey Yehova, bütün bunları görüb yenə də dadımıza çatmayacaqsan?
Susub bizə bu məşəqqəti çəkdirəcəksən?+