Zəbur
Dirijora. Davudun məzmuru.
40 Yehovaya ümid bağlamışdım,
Qulağını mənə sarı əydi, fəryadımı eşitdi.+
2 Məni uğultulu dərədən,
Lil-bataqlıqdan çəkib çıxartdı.
Ayağımı qaya üzərinə qoydu,
Ayağımın altını bərkitdi.
3 Dilimə yeni nəğmə,+
Allahımıza mədh nəğməsi qoydu.
Çoxları görüb qorxacaq,
Yehovaya bel bağlayacaq.
4 Nə xoşbəxtdir Yehovaya arxalanan,
Asilərə, yalançılara üz tutmayan adam!
Onlardan danışmağa başlasam,
Sayıb qurtara bilmərəm.+
Sənin mislin-bərabərin yoxdur.+
Yandırma qurbanı, günah qurbanı istəmədin.+
7 O zaman dedim: «Budur, gəlmişəm,
Tumarda mənim haqqımda yazılıb.+
10 Sənin ədalətini ürəyimdə gizlətmirəm,
Sədaqətini, verdiyin qurtuluşu bəyan edirəm,
Böyük məclisdə məhəbbətindən, həqiqətindən danışıram, gizlətmirəm».+
12 Bəlalar məni əhatəyə alıb, sayı-hesabı yoxdur,+
Təqsirlərim başımdan aşır, yolumu görə bilmirəm,+
Başımın tükündən də çoxdur onlar.
Könlüm pərişandır.
14 Qoy canımın qəsdinə duranların hamısı
Rüsvay olsun, rəzil olsun,
Qoy fəlakətimə sevinənlər
Biabır olub geri çəkilsin.
15 «Oxay, əcəb oldu!» — deyənlər
Xəcalətdən çaşbaş qalsın.
16 Qoy Səni axtaranlar+ Səndə sevinc tapsın, fərəhlənsin.+
Səndən nicat gözləyənlər durmadan:
«Qoy Yehova ucalsın!» — desin.+
17 Köməksizəm, fəqirəm,
Yehova Özü mənə nəzər salsın.