Mikə
6 Yehovanın sözünü eşidin.
Durun, dağların qarşısında çəkişmənizi aparın,
Təpələr səsinizi eşitsin!+
2 Ey dağlar, ey yerin təməlləri,
Yehovanın söylədiyi ittihamı dinləyin!+
Yehovanın Öz xalqı ilə çəkişməsi var.
O, İsraili belə ittiham edəcək+:
3 «Ey xalqım, sənə nə etmişəm?
Səni nə ilə yormuşam?+
Buyur, əleyhimə şəhadət ver.
Musanı, Harunu və Məryəmi+ önündə göndərdim.
5 Ey xalqım, Yehovanın ədalətini dərk etmək üçün,
Muab padşahı Balaqın fitnə-felini,+
Baur oğlu Bələmin ona verdiyi cavabı,+
Şittimdən+ ta Gilqala+ qədər yol boyu baş verənləri yadına sal».
6 Yehovanın hüzuruna nə ilə gəlim?
Ucalardakı Allahın önünə nə gətirib səcdə qılım?
Onun hüzuruna yandırma qurbanlarıyla,
Yoxsa birillik danalarla çıxım?+
Bəlkə, təqsirim üçün ilk oğlumu,+
Günahım üçün bətnimin bəhrəsini verim?
8 Ey insan, nəyin doğru olduğunu O, sənə söylədi.
Yehova səndən başqa nə istəyir ki?!
9 Yehovanın səsi şəhərə xitab edir,
Hikmətli adamlar Sənin adından qorxacaq.
Dəyənəyə və ona səlahiyyət verənə qulaq as!+
10 Hələ də şər adamın evində haram sərvət,
İyrənc əskik ölçü var?
11 Tərəzim əyridirsə,
Torbamdakı çəki daşları aldadırsa, necə təmiz sayıla bilərəm?+
13 «Buna görə səni vurub yaralayacağam,+
Günahların ucbatından viran qalacaqsan.
14 Yeyəcəksən, amma doymayacaqsan,
Qarnın boş qalacaq.+
Qırağa atdığını qoruya bilməyəcəksən,
Nə qoruya bilsən, qılıncın ağzına verəcəyəm.
15 Əkəcəksən, amma biçməyəcəksən.
Zeytun tapdalayacaqsan, amma yağını işlətməyəcəksən,
Təzə şərab çəkəcəksən, amma içməyəcəksən.+
16 Siz Omrinin qaydalarına, Əhəb evinin adət-ənənələrinə əməl edirsiniz,+
Onların məsləhəti ilə oturub-durursunuz.