Mikə
1 Yəhuda padşahları+ Yutəm+, Əhəz+ və Hizqiyyənin+ dövründə mührəstli Mikəyə*+ Yehovanın sözü, Səməriyyə və Yerusəlim barədə vəhy nazil oldu:
2 «Eşidin, ey xalqlar!
Ey dünya və onun içindəkilər, dinləyin!
Qoy Yehova, Külli-İxtiyar Yehova
Öz müqəddəs məbədindən sizi ittiham etsin.+
3 Budur, Yehova Öz məkanından çıxır,
O enəcək və yerin zirvələrini əzib keçəcək.
4 Dağlar ayaqları altında əriyəcək,+
Dərələr yarılacaq,
Mum alov qarşısında əriyən kimi,
Gur sular yarğan açan kimi.
Yaqubun qiyamına görə kimdir müqəssir?
Səməriyyə deyilmi?+
Yəhudanın səcdəgahlarına*+ görə kimdir müqəssir?
Yerusəlim deyilmi?
6 Mən Səməriyyəni xarabazara,
Meynə əkmək üçün bir sahəyə çevirəcəyəm.
Daşlarını dərəyə tökəcəyəm,
Bünövrəsini çılpaq qoyacağam.
Onun bütün bütlərini məhv edəcəyəm.
Bunlar fahişəliklə yığılmışdı,
Fahişələr üçün də xərclənəcək».
Çaqqal kimi ulayacağam,
Dəvəquşu kimi fəğan qoparacağam.
9 Çünki onun yaraları sağalmazdır.+
10 «Bu barədə Catda səs salmayın,
Orada ağlamayın!
Beyt-Əfrada toz-torpağın içində dığırlanın.
11 Ey Şafir əhli, çıl-çılpaq, biabırçılıq içində yola düş.
Sənaan əhli şəhərdən çıxmır.
Beyt-Əzəl ah-fəğan edəcək, səni sığınacaqsız qoyacaq.
12 Mərut əhli xeyir gözləyirdi,
Ancaq Yehova Yerusəlimin darvazalarına bəla göndərdi.
13 Ey Lahiş+ əhli, atları arabaya qoş,
Sion qızının günahına bais sən oldun,
İsrailin qiyamları səndəndir.+
14 Sən Mührəst-Cata vida hədiyyələri verəcəksən.
Əxzib evləri+ İsrail padşahlarının yanında yalançı çıxdı.
15 Ey Məraş əhli,+ üstünə işğalçı göndərəcəyəm.+
İsrailin şöhrəti Ədullamadək+ çatacaq.