Əbdiya
1 Əbdiyaya* nazil olan vəhy.
Külli-İxtiyar Yehova Ədum barədə belə deyir:+
«Bizə Yehovadan xəbər gəldi.
Elçi xalqlara bu xəbəri gətirdi:
“Qalxın, onunla döyüşə hazırlaşaq!”»+
2 «Bax, səni xalqlar arasında kiçiltdim.
Sənə hədsiz həqarət edilir.+
3 Ey qaya oyuqlarında,
Ey dağların başında yaşayan,
Ürəyinin təkəbbürü səni aldatdı!+
Ürəyində dedin: “Kim məni yerə sala bilər?”
4 Qartal kimi yüksəklərdə məskən salsan* belə,
Yuvanı ulduzlar arasında qursan belə,
Yenə də səni yerə salacağam», — Yehova bəyan edir.
Təkcə istədiyini aparmazdı?
Üzüm yığanlar gəlsəydi,
Bir neçə salxım saxlamazdı?+
6 Ay aman, Eys ələk-vələk edildi!
Gizli xəzinələri talan edildi!
7 Səni sərhədədək qovdular.
Sənin müttəfiqlərin səni aldatdı,
Səninlə sülhdə olanlar səni üstələdi.
Səninlə çörək kəsənlər ayağının altını qazacaq,
Lakin sən bunu anlamayacaqsan».
8 Yehova bəyan edir: «Mən o gün
Ədumun+ hikmətli adamlarını,
Eysin dağlıq bölgəsində aqilləri məhv edəcəyəm!
11 Yadellilər onun ordusunu əsir alanda,+
Yadlar darvazalardan içəri girib Yerusəlimdən ötrü püşk atanda,+
O gün sən kənarda durub baxırdın,
Sən də onlar kimi idin.
12 Sən qardaşının gününə, onun qara gününə necə sevinə bildin?+
Yəhuda xalqının qətl gününə necə şadlana bildin?+
Onların bəla günündə necə lovğa-lovğa danışa bildin?
13 Xalqımın fəlakət günündə onun darvazalarından necə içəri girə bildin?+
Xalqımın fəlakət günündə onun bədbəxtliyinə necə sevinə bildin?
Xalqımın fəlakət günündə onun sərvətinə necə əl uzada bildin?+
14 Qaçanları qırmaq üçün yol ayrıcında necə dura bildin?+
Bəla günündə qurtulanları düşmənə necə təslim edə bildin?+
15 Yehovanın bütün xalqların üstünə qalxacağı gün yaxındır.+
Sən nə etdinsə, sənə də onu edəcəklər.+
Başqalarına etdiyin öz başına gələcək.
16 Siz müqəddəs dağımda şərab içdiyiniz kimi,
Bütün xalqlar da durmadan qəzəbimi içəcəklər,+
Başlarına çəkib içəcək və it-bat olacaqlar,
Sanki, heç vaxt olmayıblar.
17 Qurtulanlar isə Sion dağında olacaqlar,+
Ora müqəddəs olacaq.+
Yaqub evi mal-mülkünə sahib olacaq.+
18 Yaqub evi od,
Yusif evi alov olacaq,
Eys evi isə küləş.
Onlar onu yandırıb külə döndərəcək.
Eys evindən heç kim sağ qalmayacaq,+
Çünki bunu Yehova söylədi.
Həm də Əfraimlə Səməriyyə torpaqlarına+ sahib olacaqlar.
Binyamin isə Gilad torpaqlarına sahib olacaq.
20 Səddin arxasından sürgün edilmiş+ israillilər
Kənanilərin Sarfata qədər uzanan torpaqlarına yiyələnəcəklər.+
Yerusəlimdən sürgün edilib Səfradda olanlar Negevin şəhərlərini tutacaqlar.+