Ərəmya
6 Ey Binyamin oğulları, sığınacaq tapın, Yerusəlimdən qaçın.
Beyt-Həkarimdə odla işarə verin!
Çünki şimaldan bəla, müsibət gəlir.+
2 Sion qızı gözəl, incə qadına oxşayır.+
3 Çobanlar sürülərlə gələcək.
4 «Şəhərlə döyüşə hazırlaşın!
Qalxın, günün günorta çağı ona hücum edək!»
«Vay halımıza, gün qüruba enir,
Axşam kölgələri uzanır!»
5 «Qalxın, gecə vaxtı hücuma keçək,
İstehkamlı bürcləri dağıdaq».+
6 Çünki ordular Allahı Yehova deyir:
«Ağac kəsin, Yerusəlimin ətrafında mühasirə bəndi qurun.+
Bu şəhərdən haqq-hesab tələb etmək lazımdır,
Ora zülmlə, zillətlə doludur.+
7 Quyudan sərin su çıxdığı kimi,
Şəhərdən də pislik çıxır.
Oradan zorakılıq, məhv səsləri gəlir,+
Gözüm ancaq xəstəlik, bəla görür.
8 Düzəl, ey Yerusəlim, yoxsa səndən iyrənib üz döndərərəm,+
Səni ins-cins olmayan xarabaya çevirərəm».+
9 Ordular Allahı Yehova deyir:
«İsraildə sağ qalanlar tənəkdə qalan salxımlar kimi, yığılacaq.
Sən üzümyığan kimi əlini tənəyə uzat».
10 «Kiminlə danışım, kimə xəbərdarlıq edim?
Kim qulaq asacaq?
Qulaqları tıxanıb, eşitmirlər.+
Yehovanın sözünü saymırlar,+
Onu bəyənmirlər.
11 Odur ki, içim Yehovanın qəzəbilə doludur,
Onu saxlamaqdan yorulmuşam».+
«Onu küçədəki uşaqların,
Bir yerə toplaşmış cavan-cahılın üstünə tök.+
Ər də, arvad da, yaşlı da, qoca da,
Hər kəs ələ keçəcək.+
12 Evləri, tarlaları, arvadları
Başqasının olacaq.+
Çünki əlimi bu ölkənin sakinlərinə qarşı qaldırıram», — bəyan edir Yehova.
13 «Rəiyyətdən əsilzadəyə kimi hər kəs haram qazanc dalınca düşür,+
Peyğəmbərdən kahinə kimi hər kəs fırıldaqçılıq edir.+
15 Gör heç iyrənc əməllərinə görə utanırlar?
Onlar utanmazdır,
Utanmaq nədir bilmirlər.+
Buna görə onlar da yıxılanlar arasında olacaqlar.
Mən onları cəzalandıranda büdrəyəcəklər», — deyir Yehova.
16 Yehovanın sözü budur:
«Yolayrıcında durub baxın,
Qədim yolları soruşun,
Öyrənin görün düz yol hansıdır, o yolla gedin,+
Dinclik tapın».
Onlarsa deyirlər: «O yolla getməyəcəyik».+
Gözətçilər: “Şeypur səsinə qulaq asın!” dedilər».+
Xalq isə: «Qulaq asmayacağıq» dedi.+
18 «Odur ki, dinləyin, ey xalqlar!
Bil, ey qövm,
Onların başına nə gələcək.
19 Eşit, ey dünya!
Bu xalqın başına fəlakət gətirəcəyəm,+
Fitnələrinin bəhrəsini biçəcəklər.
Çünki sözlərimə məhəl qoymadılar,
Qanunumu rədd etdilər».
20 «Səbadan gətirdiyiniz kündür,
Uzaq diyardan gətirdiyiniz ətirli qamış nəyimə lazımdır?
Yandırma qurbanlarınızı qəbul etmirəm,
Qurbanlarınız Mənə xoş deyil».+
21 Buna görə Yehova belə deyir:
22 Yehova belə deyir:
«Budur, şimal torpağından bir xalq gəlir.
Dünyanın ən ucqar yerlərindən böyük bir xalq ayağa qalxır.+
23 Əllərində yay-kaman, mizraq var,
Qəddardırlar, rəhmsizdirlər.
Dəniz kimi uğuldayırlar,
Atlara süvar olublar.+
Ey Sion qızı, bir nəfər kimi qarşında səf qurublar».
25 Tarlaya getmə,
Küçədə gəzmə,
Çünki düşmən qılınc tutub,
Hər tərəfi dəhşət bürüyüb.
26 Ey mənim xalqım,
Çul geyin,+ kül içində qıvrıl,
Yeganə oğluna yas tuturmuş kimi acı-acı ağla,+
Çünki qatil üstümüzə qəfil gələcək.+
27 «Səni* xalqımın arasına qoydum ki, onları gümüştək yoxlayasan,
Yaxşı-yaxşı sınaqdan keçirəsən.
Sən onlara nəzər salıb əməllərini sına.
28 Onlar tərsdir, inadkardır.+
Orada-burada gəzib şayiə yayırlar,+
Misə, dəmirə bənzəyirlər.
Hamısı pozğundur.
29 Körüklər yanıb,
Oddan yalnız qurğuşun çıxır.
30 Onlara “atılmış gümüş” deyəcəklər,
Çünki Yehova onları rədd edib».+