Zəkəriyyə
6 Sonra yenə başımı qaldırıb baxdım və iki dağ arasından çıxan dörd cəng arabası gördüm. Dağlar misdən idi. 2 Birinci araba qırmızı atlara, ikinci araba qara,+ 3 üçüncü araba ağ, dördüncü araba isə xallı və ala-bula atlara qoşulmuşdu.+
4 Mənimlə danışan mələkdən soruşdum: «Ağam, bunlar nədir?»
5 Mələk cavab verdi: «Bunlar göylərin dörd ruhudur.+ Onlar Xudavəndi-aləmin hüzurunda durmuşdular,+ indi oradan çıxıb gəlirlər. 6 Qara atlar şimal diyarına,+ ağ atlar dənizin o tayına, xallı atlar cənub diyarına gedəcək. 7 Ala-bula atlar yer üzünü dolaşmağa can atırlar». Sonra o dedi: «Gedin, yer üzünü dolaşın!» Onlar yer üzünü dolaşmağa başladılar.
8 O, mənə ucadan dedi: «Bax, şimal diyarına gedənlər Yehovanın oraya qarşı qəzəbini soyutdular».
9 Mənə yenidən Yehovanın sözü nazil oldu: 10 «Əsirlikdəki camaatın göndərdiyi bəxşişləri Həldayın, Tubyahın və Yadayın əlindən götür. Babildən gələn bu adamlarla birgə, elə həmin gün, Səfənya oğlu Yuşiyyənin evinə get. 11 Qızıl və gümüşdən tac düzəlt, onu baş kahin Yəhusadiq oğlu Yuşənin başına qoy.+ 12 Ona söylə:
“Ordular Allahı Yehova deyir: “Bax, Pöhrə+ adlı adam budur! O, olduğu yerdə boy atacaq və Yehovanın məbədini tikəcək.+ 13 Yehovanın məbədini o tikəcək. O, əzəmət sahibi olacaq, öz taxtında oturub hökmranlıq edəcək+ və bu taxtda kahinlik edəcək. Bu iki vəzifə bir-biri ilə həmahəng olacaq. 14 Tac Hələmin, Tubyahın, Yadayın,+ Səfənya oğlu Hənin xatirəsi kimi Yehovanın məbədində qalacaq. 15 Uzaqda olanlar gəlib Yehovanın məbədinin tikintisində işləyəcək”. Onda biləcəksiniz ki, məni sizin yanınıza ordular Allahı Yehova göndərib. Əgər Allahınız Yehovaya qulaq assanız, belə də olacaq».