Titusa məktub
3 Daima onlara xatırlat ki, hakimiyyətə və hökumətə tabe olsunlar, itaət etsinlər,+ hər cür yaxşı işə hazır olsunlar, 2 heç kəsin haqqında pis danışmasınlar, davakar olmasınlar, dərrakəli olsunlar,+ hamı ilə mülayim davransınlar.+ 3 Axı biz də vaxtilə düşüncəsiz, itaətsiz, yolunu azmış insanlar idik, cürbəcür istəklərin və eyş-işrətin qulu idik, pislik, paxıllıq edir, mənfur işlərlə məşğul olur, bir-birimizə nifrət edirdik.
4 Ancaq Xilaskarımız Allahın xeyirxahlığı+ və bəşəriyyətə məhəbbəti aşkar ediləndə 5 O, saleh işlərimizə görə deyil,+ mərhəmətinə görə bizi qurtardı.+ Bizi təmizləyib həyata qaytararaq+ və müqəddəs ruhu vasitəsilə yeniləşdirərək xilas etdi.+ 6 O, Xilaskarımız İsa Məsih vasitəsilə bu ruhu bizə bol-bol verdi+ ki, 7 Onun lütfü sayəsində saleh sayıldıqdan+ sonra biz ümidimizə əsasən əbədi həyatın+ varisi olaq.+
8 Bu sözlər etimada layiqdir. Səndən xahiş edirəm, bunları dönə-dönə vurğula ki, Allaha iman edənlər fikirlərini yaxşı işlərə cəmləşdirsinlər. Bunlar gözəl və hamı üçün faydalı şeylərdir.
9 Axmaq mübahisələrdən, nəsil şəcərələrini araşdırmaqdan, Qanun üstdə çəkişmələrdən və davalardan uzaq ol, çünki bunlar boş və mənasız şeylərdir.+ 10 Təriqətçilik yayan adama+ gəldikdə isə iki xəbərdarlıqdan sonra onunla əlaqəni kəs,+ 11 çünki belə adam yoldan sapıb və günah işləyərək özü-özünü məhkum edir.
12 Arteması ya da Tixiki+ yanına göndərəndə bacardığın qədər çalış ki, tezliklə Nikopola, yanıma gələsən, çünki qışı orada qalacağam. 13 Qanunu yaxşı bilən Zenas, həmçinin Apollos üçün yaxşı tədarük gör ki, yolboyu korluq çəkməsinlər.+ 14 Qoy bizimkilər də yaxşı işlərlə məşğul olmağı öyrənsinlər ki, təcili kömək lazım olanda yardım etsinlər+ və beləcə, bəhrəsiz qalmasınlar.+
15 Yanımda olanların hamısı sənə salam deyir. Bizi sevən iman qardaşlarımıza salamlarımı çatdır.
Qoy Allahın lütfü sizə yar olsun.