Zəbur
Dirijora. «Məhv etmə». Davudun məzmuru. Mixtam*. Talut Davudu öldürmək üçün evini güdməyə adam göndərəndə.+
2 Zalımların əlindən qurtar,
Qaniçənlərdən hifz et məni.
3 Bax! Canım üçün pusqu qurublar,+
Qoluzorlular mənə hücum edirlər.
Halbuki təqsirsizəm, heç bir günahım yoxdur,+ ey Yehova.
4 Bir təqsirim yox ikən, hücuma hazırlaşırlar,
Səni çağırıram, dur, halıma bax.
5 İsrailin Allahı Sənsən, ey ordular Allahı Yehova,+
Qalx, bütün xalqları gözdən keçir,
Xainlərin heç birinə rəhm etmə.+ (Selah)
9 Gözümü Sənə dikmişəm, ey gücüm, qüdrətim.+
Allah mənim qalamdır.+
11 Onları öldürmə, qoy xalqım bu şeyləri unutmasın.
Böyük gücünlə onları didərgin sal,
Ey qalxanımız Yehova,+ onları yerə vur,
12 Dillərindən çıxan sözlərə, ağızlarının günahına görə.
Lənətlərindən, yalanlarından ötrü,
Qoy təkəbbürləri onlara tələ olsun.+
13 Qəzəbinlə onların axırına çıx,+
Axırlarına çıx, yox olsunlar.
Qoy bilsinlər ki, Allah Yaqubun üzərində, dünyanın ucqarlarınadək hökmranlıq edir.+ (Selah)
14 Qoy onlar axşam qayıtsınlar,
İt kimi mırıldayıb şəhərdə sülənsinlər.+
15 Qoy bir tikə çörəkdən ötrü gəzsinlər,+
Qarınları doymasın, yatmağa yer tapmasınlar.