Vaiz
2 Sonra ürəyimdə dedim: «Gəl zövq-səfanın dadına bax, gör necədir». Amma gördüm ki, bu da puçdur.
2 Gülmək haqda: «Dəlilikdir!»
Zövq-səfa barədə: «Nə faydası var?» — dedim.
3 Qərara aldım ki, şərabın ləzzətini dadım,+ görüm ondan nə fayda var, amma ağlımı ayıq saxladım. Hətta səfehliyi qoynuma aldım ki, görüm səma altındakı bir neçə günlük ömürlərində insanlar üçün ən yaxşı şey nədir. 4 Böyük işlər gördüm.+ Özümə evlər tikdim,+ üzümlüklər saldım.+ 5 Bağçalar, bağlar saldım, cürbəcür meyvə ağacları əkdim. 6 Su hövzələri düzəltdim ki, meşəliyi suvarıb ağaclar böyüdüm. 7 Qul-qarabaş aldım,+ evimdə nökərlərim doğuldu. Mal-qaram, sürülərim Yerusəlimdə yaşamış sələfləriminkindən çox idi.+ 8 Özümə qızıl, gümüş yığdım,+ padşahlarda, əyalətlərdə olan xəzinələrdən topladım.+ Kişi və qadın xanəndələr gətirdim, bəşər oğullarına böyük zövq verən çoxlu qadınım oldu. 9 Yüksəldim, məndən qabaq Yerusəlimdə yaşayanların hamısından əzəmətli oldum.+ Ancaq hikmətimi itirmədim.
10 Ürəyimin heç bir istəyinə yox demədim.+ Özümü heç bir ləzzətdən məhrum etmədim, çünki əlimin bütün zəhməti könlümü şad edirdi. Bu, əməyimin mükafatı idi.+ 11 Amma dönüb əllərimin gördüyü bütün işlərə, çəkdiyim zəhmətə baxanda+ gördüm ki, hər şey puçdur, külək dalınca qaçmağa bənzəyir.+ Əslində, günəş altında heç nəyin dəyəri yoxdur.+
12 Sonra hikmət, dəlilik və ağılsızlığın nə olduğuna diqqət verdim.+ Öz-özümə düşündüm: «Padşahdan sonra gələn indiyədək görülən işlərdən artıq nə edə bilər ki?» 13 Anladım ki, işıq qaranlıqdan üstün olduğu kimi, hikmət də ağılsızlıqdan üstündür.+
14 Hikmətlinin gözləri yerindədir,+ axmaq isə zülmətdə gəzir.+ Bir şeyi də başa düşdüm: hər ikisini eyni aqibət gözləyir.+ 15 Sonra ürəyimdə dedim: «Mənim də aqibətim axmağınkı kimi olacaq».+ Bəs onda bu qədər hikmətin mənə nə faydası var? Odur ki, ürəyimdə dedim: «Bu da puçdur». 16 Nə hikmətli, nə də axmaq həmişəlik yaddaşlarda qalmayacaq.+ Gələcəkdə hamı unudulacaq. Hikmətli eynən axmaq kimi öləcək.+
17 Beləcə, həyata nifrət etdim,+ çünki günəş altında edilən hər şey mənə cansıxıcı gəldi, çünki hər şey puçdur,+ külək dalınca qaçmağa bənzəyir.+ 18 Günəş altında əmək sərf etdiyim hər şeyə nifrət etdim,+ çünki onları özümdən sonra gələnə qoyub gedəcəyəm.+ 19 Özü də kim bilir, o, hikmətli olacaq, yoxsa səfeh.+ Di gəl, mənim günəş altında ərsəyə gətirmək üçün ağıl işlədib can qoyduğum hər şeyə sahiblik edəcək. Bu da puçdur. 20 Günəş altında çəkdiyim bütün zəhmətə görə ürəyimdə məyus oldum. 21 Çünki adam hikmət, ağıl və bacarığını sərf edib çalışır, amma qazandığı heç bir zəhmət çəkməmiş adama qalır.+ Bu da puçdur, böyük dərddir.
22 Günəş altındakı bütün zəhmətindən, onu bu zəhmətə sövq edən istəklərindən insana nə fayda?+ 23 Çünki gördüyü iş bütün ömrü boyu ona kədər və məyusluq gətirir,+ heç gecələr də ürəyi rahat olmur.+ Bu da puçdur.
24 İnsan üçün yeyib-içməkdən, zəhmətindən zövq almaqdan yaxşı şey yoxdur.+ Gördüm ki, bu da Allahdandır.+ 25 Məgər məndən yaxşı yeyib-içən var?+
26 Allah razı qaldığı adama hikmət, elm və sevinc bəxş edir,+ günahkara isə var-dövlət toplamaq zəhmətini verir ki, sonra yığdığını Allahın razı qaldığı bəndəyə saxlasın.+ Bu da puçdur, külək dalınca qaçmağa bənzəyir.