Vaiz
8 Hikmətli adama kim tay ola bilər? Müşkülün həllini kim tapa bilər? İnsanın hikməti çöhrəsini nurlandırar, sərt üzünü yumşaldar.
2 Bax, deyirəm: «Allaha içdiyin anda görə padşahın fərmanına qulaq as».+ 3 Padşahın hüzurundan çıxmağa tələsmə.+ Pisliyin tərəfində durma.+ Çünki padşah istədiyini edə bilər, 4 axı onun sözü mütləqdir,+ kim ona: «Nə edirsən?» — deyə bilər.
5 Əmrə əməl edən zərər görməz.+ Hikmətli ürək vaxtı və qaydanı bilir.+ 6 Çünki hər şeyin öz vaxtı və öz qaydası var,+ axı insanların dərd-bəlası çoxdur. 7 Nə olacağını heç kim bilmir, bəs onda kim deyə bilər, nə necə olacaq?
8 Necə ki heç kimin ruh üzərində hökmü, ruhu tutub saxlamağa iqtidarı yoxdur, ölüm günü üzərində də heç kimin hökmü yoxdur.+ Müharibə zamanı heç kim tərxis olunmadığı kimi, pislik də qoymaz ki, pislik edənlər canlarını qurtarsın*.
9 Günəş altında edilən bütün işləri ürəyimdə götür-qoy edəndən sonra bunları öyrəndim. Bütün dövrlərdə insanın insana ağalıq etməsi insanın zərərinə olub.+ 10 Bir vaxtlar müqəddəs məskənə girib-çıxan pislərin dəfnini gördüm, amma bu cür davrandıqları şəhərdə tezliklə yaddan çıxdılar.+ Bu da puçdur.
11 Pis əmələ görə cəza tez verilmədiyi üçün insanların ürəyi pislik etməyə cürətlənir.+ 12 Bunu bilirəm ki, günahkar yüz dəfə pislik edib uzun ömür sürsə də, yenə Allahdan qorxanlar xeyir tapacaq, çünki onlar Allahdan qorxurlar.+ 13 Amma pis adamın axırı yaxşı olmayacaq.+ O, kölgəyə bənzər günlərini uzada bilməyəcək,+ çünki Allahdan qorxmur.
14 Yer üzündə puç bir şey var: elə insan var ki, salehdir, amma onunla şər iş görən adam kimi davranırlar,+ elə insan da var ki, pisdir, amma insanlar ona salehlərə layiq münasibət bəsləyirlər.+ Dedim ki, bu da puçdur.
15 Ona görə də sevinib-şadlanmağı tövsiyə etdim,+ çünki günəş altında insan üçün yeyib-içməkdən və şad olmaqdan yaxşı şey yoxdur. Bu, Allahın günəş altında verdiyi həyatda insanın çəkdiyi zəhmətlə qoşa olmalıdır.+
16 Mən ürəyimdə niyyət etdim ki, gecə-gündüz yuxu bilmədən hikmət qazanım, yer üzündə edilən işləri görüm*.+ 17 Sonra Allahın bütün işlərinə fikir verdim və başa düşdüm ki, insan günəş altında baş verənləri dərk edə bilməz.+ İnsan nə qədər əlləşib-vuruşsa da, bunu dərk edə bilməz. Hətta müdrik olduğunu, bunu dərk edəcəyini desə də, yenə dərk edə bilməz.+