Ərəmya
51 Yehova belə deyir:
2 Babilin üstünə adamlar göndərəcəyəm,
Onu küləyin sovurduğu küləş kimi pərən-pərən edəcəklər, ölkəni boş qoyacaqlar.
Fəlakət günü hər tərəfdən ona hücum edəcəklər.+
3 Qoy oxatan kamanını gərməsin,
Qoy heç kim zirehini geyinib ayağa qalxmasın.
Onun cavanlarına rəhm etməyin.+
Bütün ordusunu məhvə düçar edin.
4 Kəldanilərin ölkəsində meyitləri yerə səriləcək,
Onun küçələrində dəlik-deşik ediləcəklər.+
5 Çünki İsrailin, Yəhudanın Allahı, ordular Allahı Yehova xalqını tərk etməyib, onlar dul qalmayıblar.+
Amma kəldanilərin ölkəsi İsrailin Müqəddəsinin gözündə günahla doludur.
Onun günahlarına görə məhv olmayın.
Çünki Yehovanın qisas vaxtı yetişib.
O, Babilə əməllərinin əvəzini verir.+
7 Babil Yehovanın əlində qızıl cam idi,
Babil bütün dünyanı sərxoş etdi.
8 Qəflətən Babil düşüb qırıldı.+
Ondan ötrü şivən qoparın!+
Yarası üçün məlhəm tapın, bəlkə, sağaldı».
9 «Biz Babili sağaltmağa çalışdıq, amma sağalmadı.
Ondan əl çəkin, gəlin hər birimiz öz ölkəmizə gedək.+
Çünki onun hökmə layiq əməlləri ərşə qalxıb.
Göyün buludlarına çatıb.+
10 Yehova bizim üçün ədaləti bərqərar etdi.+
Gəlin Sionda Allahımız Yehovanın işlərini nəql edək».+
11 «Oxlarınızı itiləyin,+ qalxanlarınızı götürün*.
Yehova Mada şahlarının ürəyində niyyət oyatdı.+
Çünki O, Babili viran qoymağı qət edib.
Bu, Yehovanın qisasıdır, məbədinə görə intiqamıdır.
12 Babil divarlarına tərəf işarə qoyun.+
Gözətçilər yerləşdirin, mühafizəni gücləndirin.
Pusqudakıları hazır edin.
Çünki Yehova niyyət qurub.
O, Babil sakinlərinin əleyhinə dediyi sözü yerinə yetirəcək».+
13 «Ey çoxlu sular üzərində yaşayan,+
Çoxlu xəzinə sahibi olan qadın.+
Sənin axırın çatıb, haram qazancının sonu gəlib.+
14 Ordular Allahı Yehova öz varlığına and içdi:
“Səni çəyirtkə sürüsü qədər çoxlu adamla dolduracağam,
Onlar sənin üzərində qələbə çalıb zəfər harayı ucaldacaqlar”.+
16 Səsini çıxaranda
Göylərdəki sular çağlayır.
O, yerin ucqarlarından bulud qaldırır,
17 Hər kəs axmaqlıq, cahillik edir.
18 Bütlər puçdur,+ gülünc şeydir.
Haqq-hesab günündə hamısı məhv olacaq.
Adı ordular Allahı Yehovadır».+
20 «Sən Mənim toppuzum, döyüş silahımsan.
Səninlə xalqları parça-parça edəcəyəm.
Səninlə səltənətləri məhv edəcəyəm.
21 Səninlə atları, süvariləri tikə-parça edəcəyəm,
Səninlə cəng arabalarını, arabaçıları parça-parça edəcəyəm.
22 Səninlə kişiləri, qadınları qıracağam,
Səninlə qocaları, cavanları qıracağam,
Səninlə oğlanları, qızları qıracağam.
23 Səninlə çobanları, sürüləri tələf edəcəyəm,
Səninlə cütçüləri, cütə qoşulan heyvanları tələf edəcəyəm,
Səninlə valiləri, məmurları tələf edəcəyəm.
24 Gözünüzün önündə Sionda törətdikləri əməllərə görə
Babildən, Kəldan sakinlərindən əvəz çıxacağam»,+ — bəyan edir Yehova.
25 «Sən, ey bütün dünyanı məhv edən,+
Viran edən dağ, budur, Mən sənə qarşıyam,+ — bəyan edir Yehova.
Əlimi sənə qarşı qaldıracağam, səni qayalardan yuvarlayacağam,
Səni alovdan qovrulmuş dağa çevirəcəyəm».
26 «Səndən künc daşı, təməl daşı götürməyəcəklər,
Çünki əbədilik xaraba qalacaqsan,+ — bəyan edir Yehova.
27 Ölkədə nişan qoyun.+
Xalqlar arasında şeypur çalın.
Xalqları ona qarşı qaldırın.
Urartu+, Minni, Əşkinaz+ padşahlıqlarını ona qarşı çağırın.
Ona qarşı döyüşçü yığmaq üçün məmur təyin edin.
Atları bala çəyirtkə sürüsü kimi üstünə göndərin.
28 Xalqları,
Mada şahlarını,+ valilərini, məmurlarını,
Onların tabeliyində olan bütün ölkələri ona qarşı qaldırın.
29 Yer lərzəyə gəlib titrəyəcək,
Çünki Yehovanın Babilə qarşı niyyəti həyata keçəcək,
Babil ölkəsi dəhşətli günə düşəcək, sakinsiz qalacaq.+
30 Babil döyüşçüləri vuruşmaqdan əl çəkib.
Qalalarında gizlənib.
Onların gücü tükənib.+
Qadın kimi olublar.+
Onun evlərinə od vurulub,
Cəftələri sındırılıb.+
31 Çapar çapar dalınca,
Qasid qasid dalınca qaçıb gəlir,
Babil padşahına şəhərinin hər tərəfdən ələ keçdiyini xəbər verir.+
32 Çay keçidləri ələ keçib,+
Qamış qayıqlar yanıb,
Döyüşçülər vahiməyə düşüb».
33 İsrailin Allahı, ordular Allahı Yehova belə deyir:
«Babil qızı xırmana oxşayır.
Onu tapdalamağın vaxtı çatıb.
Çox tezliklə onun biçin vaxtı gələcək».
34 «Babil padşahı Navuxodonosor məni yeyib uddu,+
Məni çaşqınlığa saldı.
Məni boş qab kimi çevirdi,
Məni nəhəng ilan kimi uddu,+
Qarnını naz-nemətimlə doldurdu,
Məni yuyub yaxaladı.
35 “Qoy gördüyüm cəfa, canıma edilən zülm Babilin başına gəlsin”, — Sion sakini deyir.+
“Qoy mənim qanım Kəldan sakinlərinin boynuna olsun”, — deyir Yerusəlim».
36 Odur ki, Yehova deyir:
Onun dənizini, quyularını qurudacağam.+
Sakinsiz qalacaq.+
38 Hamısı birlikdə gənc aslan kimi nərildəyəcək.
Aslan balaları kimi mırıldayacaqlar».
39 «Qızışdıqları vaxt ziyafət qurub onları sərxoş edəcəyəm,
Kefləri kök olacaq.+
Sonra əbədi yuxuya gedəcəklər,
Bir də ayılmayacaqlar»,+ — bəyan edir Yehova.
40 «Onları quzular kimi,
Qoçlar, təkələr kimi kəsməyə aparacağam».
Bütün dünyanın iftixarı zəbt edildi!+
Babil xalqlar arasında dəhşət rəmzi oldu!
42 Dəniz daşıb, Babili basıb.
Dalğalar onu örtüb.
43 Onun şəhərləri dəhşətli günə düşdü, quraq yerə, səhralığa çevrildi.
Orada heç kim yaşamayacaq, bir kimsə oradan keçib getməyəcək.+
Daha xalqlar onun yanına axışmayacaq.
Babilin divarları uçacaq.+
45 Ey xalqım, çıx onun içindən.+
Yehovanın kükrəyən qəzəbindən+ canınızı qurtarın.+
46 Ölkədə eşidəcəyiniz xəbərdən qorxub-hürkməyin.
Ölkədəki zülm barədə, bir hökmdarın o birinə qarşı çıxması barədə
Bir il xəbər gələcək,
O biri il yenə bu xəbər gələcək.
47 Odur ki, gün gələcək,
Babilin oyma bütlərinə nəzər salacağam.
Onun ölkəsi rüsvay olacaq,
Orada meyitlər sərilib qalacaq.+
48 Göylər, yer, onlarda olan hər şey
Babilə görə sevinclə hayqıracaq,+
Çünki şimaldan onun üstünə basqınçılar gələcək»,+ — bəyan edir Yehova.
49 «Babil təkcə israillilərin ölümünə bais olmadı,+
Babilin özündə də bütün dünyadan olanların cəsədi yerə sərildi.
50 Ey qılıncdan qaçanlar, dayanmayın, qaçın.+
Uzaqlarda Yehovanı xatırlayın.
Yerusəlimi yada salın».+
51 «Təhqirlər eşidib biabır olduq.
Üzümüzü rüsvayçılıq örtdü.
Çünki yadellilər Yehovanın evinin müqəddəs yerlərinə hücum etdilər».+
52 «Odur ki, gün gələcək
Babilin oyma bütlərinə nəzər salacağam, — bəyan edir Yehova.
Onun bütün torpağında yaralılar inildəyəcək».+
53 «Babil göyə çıxsa da,+
Hündür qalalarını möhkəmləndirsə də,
Mən onun üstünə basqınçılar göndərəcəyəm»,+ — bəyan edir Yehova.
54 «Eşidin! Babildən fəryad səsi gəlir,+
Kəldanilərin ölkəsindən böyük fəlakət səsi eşidilir,+
55 Yehova Babili məhv edir.
O, Babilin gur səsini batıracaq,
Onların dalğaları coşqun sular kimi kükrəyəcək.
Onların səsi eşidiləcək.
56 Çünki Babilin üstünə basqınçı gələcək,+
Onun döyüşçüləri əsir düşəcək,+
Kamanları qırılacaq,
Çünki Yehova əvəz çıxan Allahdır,+
Ona əməllərinin əvəzini verəcək.+
57 Mən Onun başçılarını, müdriklərini,+
Valilərini, məmurlarını, döyüşçülərini sərxoş edəcəyəm.
Onlar əbədi yuxuya gedəcəklər,
Bir də ayılmayacaqlar»,+ — adı ordular Allahı Yehova olan Hökmdar belə bəyan edir.
58 Ordular Allahı Yehova belə deyir:
«Babil divarları qalın olsa da, yerlə yeksan olacaq,+
Darvazaları hündür olsa da, yandırılacaq.
Xalqlar boşuna zəhmət çəkəcək.
Ümmətlər od-alov üçün əlləşəcək».+
59 Məhsay oğlu Nuryahın oğlu+ Sərəyah Yəhuda padşahı Sidqiyyənin hakimiyyətinin dördüncü ilində padşahla birlikdə Babilə gedəndə Ərəmya peyğəmbər Sərəyaha tapşırıq verdi. Sərəyah ordunun təsərrüfat işlərinə baxırdı. 60 Ərəmya Babilin üstünə gələcək bütün bəlaları, Babilə qarşı yazılmış bu sözləri bir kitaba yazdı. 61 Ərəmya Sərəyaha dedi: «Babilə çatanda, şəhəri görəndə bu sözləri ucadan oxuyarsan. 62 Sonra deyərsən: “Ey Yehova, Sən bu yerin əleyhinə danışıb dedin ki, bura darmadağın olacaq, sakinsiz qalacaq, burada nə bir insan, nə bir heyvan yaşayacaq, bura əbədilik xaraba qalacaq”.+ 63 Bu kitabı oxuyub qurtarandan sonra ona bir daş bağla və Fəratın ortasına at. 64 Sonra de: “Babil də belə batacaq, üstünə gətirəcəyim fəlakətə görə bir də heç vaxt qalxmayacaq.+ Onlar taqətdən düşəcəklər”».+
Ərəmyanın sözləri buraya qədərdir.