Dənyal
12 O vaxt xalqının himayəsində duran böyük əmir+ Mikayıl+ ayağa qalxacaq. Onda xalqlar* yaranandan bəri görünməmiş ağır bir zəmanə gələcək. O vaxt sənin xalqın, adı kitabda yazılmış hər kəs qurtulacaq.+ 2 Torpaqda yatanlardan çoxu ayılacaq: kimisi əbədi həyat üçün, kimisi isə rüsvayçılıq və əbədi həqarət üçün.
3 Ağıllı adamlar göy qübbəsitək, çoxlarını salehliyə çatdıranlar ulduzlartək əbədiyyən, sonsuzadək parlayacaq.
4 Sən, ey Dənyal, bu sözləri sirr olaraq saxla və kitabı axırzamana qədər möhürlə.+ Çoxları özünü ora-bura vuracaq* və həqiqi elm çoxalacaq».+
5 Mən Dənyal baxıb gördüm ki, orada başqa iki nəfər durur. Biri çayın bu tayında, o birisi çayın o tayında.+ 6 Sonra onlardan biri çayın suları üzərində olan, kətan geymiş adama+ dedi: «Bu heyrətamiz hadisələrin sonuna nə qədər qalıb?» 7 Onda mən çayın suları üzərində olan, kətan geymiş adamın sağ və sol əlini göyə açıb Əbədi Var Olanın+ adına and içdiyini gördüm: «Dövr, dövrlər və yarım dövr*. Müqəddəs xalqın gücü tam qırılanda+ bütün bunlar tamam olacaq».
8 Mən eşitdim, lakin anlamadım,+ ona görə soruşdum: «Ey ağam, bu şeylərin axırı necə olacaq?»
9 O dedi: «Get, ey Dənyal, çünki bu sözlər axırzamanadək sirr olaraq saxlanıb möhürlü qalmalıdır.+ 10 Çoxları paklanıb təmizlənəcək, saflaşacaq.+ Pis adamlar pislik edəcək. Pislərin heç biri bu sözləri anlamayacaq, ağıllı adamlarsa dərk edəcək.+
11 Daimi qurbanlığın+ dayandırıldığı və viranəlik gətirən iyrənc şeyin qoyulduğu+ vaxtdan 1290 gün keçəcək.
12 Səbr edib 1335 günün sonunadək gözləyən bəxtiyardır!
13 Sən isə yolunu axıradək get. Sən dincələcəksən, dövrün tamamında isə sənə düşən payı almaq üçün qalxacaqsan».+