Zəbur
Dirijora. Gittit* üçün. Qarun oğullarının məzmuru.+
84 Ey ordular Allahı Yehova,
Əzəmətli məskənin necə də gözəldir!+
2 Bütün varlığım Yehovanın həyətlərinin həsrətindədir,+
Həsrətdən saralıb-solmuşam.
Ürəyim, vücudum var olan Allaha sevinc sədaları ucaldır.
3 Ey ordular Allahı Yehova, ey Padşahım, Allahım,
Sənin möhtəşəm qurbangahının yanında
Quşlar belə, məskən tapır,
Qaranquşlar yuva qurur,
Balalarını orada bəsləyir.
4 Nə xoşbəxtdir evində yaşayanlar!+
Hey Sənə alqış deyirlər.+ (Selah)
5 Səndən qüvvət alan insan,+
Evinə gedən yollara könül bağlayan insan nə xoşbəxtdir!
7 Onlar yeridikcə gücləri artar,+
Hər biri Siona, Allahın hüzuruna gələr.
8 Ey ordular Allahı Yehova, nə olar, duamı eşit,
Dinlə, ey Yaqubun Allahı. (Selah)
10 Sənin həyətində keçən bir günü,
Özgə yerdə keçirdiyim min günə dəyişmərəm.+
Allahın evinin kandarında durmaq
Şər adamın çadırında yaşamaqdan qat-qat yaxşıdır.
Kamillik yolunda yeriyənlərdən Yehova yaxşılığını əsirgəməz.+
12 Ey ordular Allahı Yehova,
Nə xoşbəxtdir Sənə güvənən adam!+