Məsəllər
1 İsrail padşahı,+ Davud oğlu+ Süleymanın məsəlləri.+
5 Hikmətli qulaq asar, elmini artırar.+
Dərrakəli adam müdrik məsləhət tapar.+
6 Belə adam məsəli, müəmmalı deyimləri,
Aqillərin sözlərini, tapmacalarını başa düşər.+
10 Oğlum, qoyma günahkarlar səni yoldan çıxarsın.+
11 Əgər desələr: «Gəl bizimlə gedək,
Xəlvətdə durub qan tökək,
Günahsıza pusqu qurub əylənək,
12 Onları Məzar* kimi diri-diri aşıraq,
Qəbrə düşənlər kimi bütöv udaq,
13 Bütün sərvətlərini ələ keçirək,
Evimizi qənimətlə dolduraq.
14 Sən də bizə qoşul,
Qəniməti bərabər bölək*»,
15 Bax, oğlum, sən onlara qoşulma,
Yollarından uzaq dur.+
16 Çünki onların ayağı pislik etməyə qaçır,
Onlar qan tökməyə tələsirlər.+
17 Quşa gözü qabağında tor qurmaq mənasızdır.
18 Odur ki, onlar qan tökmək üçün pusqu qurur,
Cana qəsd etmək üçün xəlvətdə durur.
19 Haram qazanc dalınca düşənin yolu belədir.
Bu qazanc insanın canını əlindən alacaq.+
20 Həqiqi hikmət+ bayırda hay salır.+
Meydanlarda səsini ucaldır.+
21 Səsli-küylü küçələrin tinlərində çağırır.
Şəhər darvazalarının ağzında belə deyir:+
22 «Ey cahillər, nə vaxtadək cahil qalacaqsınız?
Ey rişxəndçilər, nə vaxtacan rişxənddən həzz alacaqsınız?
Ey ağılsızlar, nə vaxta qədər elmi rədd edəcəksiniz?+
24 Madam sizi çağırdım, eşitmədiniz,
Sizə əlimi uzatdım, saya salmadınız,+
25 Nəsihətlərimi qulaqardına vurdunuz,
Səhvlərinizi göstərəndə məhəl qoymadınız,
26 Mən də başınıza bəla gələndə güləcəyəm,
Qorxduğunuz başınıza gələndə lağ edəcəyəm;+
27 Onda ki, vahimə tufan kimi sizə hücum çəkəcək,
Bəla fırtına kimi gələcək,
Dara, sıxıntıya düşəcəksiniz.
28 Bəli, o zaman məni çağıracaqlar, lakin cavab verməyəcəyəm,
Məni çox axtaracaqlar, amma tapmayacaqlar,+
29 Çünki onlar elmə nifrət etdilər,+
Yehovadan qorxmaq istəmədilər.+
30 Məsləhətimə qulaq asmadılar,
Səhvlərini göstərəndə veclərinə almadılar.
31 Buna görə də əməllərinin bəhrəsini biçəcəklər,+
Niyyətləri içində boğulacaqlar.
32 Cahillərin özbaşınalığı onları öldürəcək,
Ağılsızların laqeydliyi onları məhv edəcək.