Davudun məzmuru.
26 Ey Yehova, kamillik yolunda yeriyirəm, mənə haqq qazandır,+
Yehovaya etibarım sarsılmazdır.+
2 Məni imtahan et, ey Yehova, məni sına,
Ürəyimi, ən dərin duyğularımı xəlbirdən keçir.+
3 Məhəbbətini heç vaxt unutmuram,
Haqq yolunda yeriyirəm.+
4 Yalançılarla oturub-durmuram,+
İç üzünü gizlədənlərə qaynayıb-qarışmıram.
5 Yaramazların məclisindən zəhləm gedir,+
Şər iş görənlərlə birgə əyləşmirəm.+
6 Əllərimi günahsızlıq içində yuyaram,
Qurbangahının başına dolanaram, ey Yehova,
7 Şükranlarımı ucadan söyləyərəm,+
Bütün xariqələrini bəyan edərəm.
8 Yehova, məskən etdiyin evi,+
Calalının sakin olduğu yeri sevirəm.+
9 Günahkarlarla birgə canımı məhv etmə,+
Zorakılarla birgə həyatıma son qoyma.
10 Onların əlində pislik var,
Sağ əlləri rüşvətlə doludur.
11 Mən isə kamillik yolundan dönmərəm,
Məni xilas et, mənə lütf göstər.
12 Ayağım düz yerdə durur,+
Böyük məclisdə Yehovaya alqış edərəm.+