Əşiya
54 Yehova belə deyir: «Ey dünyaya övlad gətirməmiş sonsuz qadın, sevin, cuşa gəl!+
Ey doğuş sancısı çəkməmiş qadın,+ şadlan, şaqraq səsin gəlsin,+
Çünki atılmış qadının oğulları
Ərli qadının oğullarından çoxdur.+
2 Çadırını böyüt,+
Məskəninin örtüyünü böyük aç.
Ürəkli ol, çadırının iplərini uzat,
Mıxlarını yerə möhkəm çal.+
3 Sən sağa-sola şaxələnəcəksən.
Övladların xalqları ələ keçirəcək,
Boş qalmış şəhərlərdə məskunlaşacaqlar.+
Sən cavanlığının xəcalətini unudacaqsan,
Dulluğunun rüsvayçılığını yada salmayacaqsan».
Qurtarıcın+ İsrailin Müqəddəsidir.
O, bütün dünyanın Allahı adlanacaqdır.+
6 Yehova səni atılmış, dərdli qadıntək,+
Cavanlıqda ərdə olub sonradan atılmış qadıntək çağırdı».
7 «Mən səni qısa bir müddətə atmışdım,
Lakin böyük mərhəmətlə toplayıb geri gətirəcəyəm.+
8 Bir anlığa coşqun qəzəblə səndən üz çevirmişdim,+
Lakin tükənməz məhəbbətlə sənə mərhəmət edəcəyəm».+
Sənin qurtarıcın+ Yehova belə deyir.
9 «Mən bunu Nuhun dövrünə bənzədirəm.+
Nuhun sularının bir daha yeri basmayacağına and içdiyim kimi,+
İndi də and içirəm ki, sənə bir də qəzəblənməyəcəyəm, səni tənbeh etməyəcəyəm.+
10 Dağlar yerindən qalxsa da,
Təpələr yerindən sarsılsa da,
Məhəbbətim üstündən qalxmayacaq,+
Sülh əhdim yerindən sarsılmayacaq».+
Bunu sənə mərhəmət edən Yehova deyir.+
11 «Ey tufana düşmüş, təsəlli almamış,+ başı bəlalı qadın,+
Daşlarını yaxşı palçıqla hörürəm,
Təməlini göy yaqutdan qoyuram.+
12 Qala dişlərini yaqutdan,
Darvazalarını bərq vuran daş-qaşdan,
Sərhədlərini ləl-cəvahiratdan tikəcəyəm.
14 Salehlikdə bərqərar olacaqsan.+
Zülmdən uzaq olacaqsan.+
Qorxu, dəhşət üçün bir səbəb olmayacaq,
Onlar artıq sənə yaxın gəlməyəcək.+
15 Kimsə sənə hücum etsə,
Bil ki, bu, Məndən deyil.
Sənə həmlə edən məğlub olacaq».+
16 «Közü üfürərək silah düzəldən ustanı Mən yaratdım.
Dağıdıb viran qoyan adamı da Mən yaratdım.+
17 Sənə qarşı düzəldilən heç bir silah kara gəlməyəcək,+
Məhkəmədə əleyhinə qalxan hər dili haqsız çıxaracaqsan.
Yehovanın qullarının irsi budur,
Onların salehliyi Məndən gəlir», — deyə Yehova bəyan edir.+