Zəbur
Binyaminli Kuşun sözlərindən ötrü Davudun Yehovaya oxuduğu qəmli nəğmə.
7 Ey Allahım Yehova, Sənə sığınmışam,+
Təqibçilərdən məni qoru, xilas et,+
2 Yoxsa aslantək məni parçalayacaqlar,+
Sürüyüb aparacaqlar, qurtaran olmayacaq.
3 Ey Yehova, qəbahət iş tutmuşamsa,
Haqsızlıq etmişəmsə,
4 Yaxşılığa yamanlıq etmişəmsə,+
Nahaq yerə düşmənimi soymuşamsa*,
5 Qoy düşmən canımı təqib etsin, tutsun,
Məni* yerə vurub tapdalasın,
Şərəfimi yerə soxsun. (Selah)
6 Qəzəbinlə qalx, ey Yehova,
Düşmənlərimin hiddətinin qabağını kəs,+
Mənə görə qalx, tələb et, ədalət bərqərar olsun.+
7 Qoy xalqlar dövrəndə toplaşsın,
Sən də ucalardan onlara hökm et.
8 Yehovadır xalqlara hökm çıxaran.+
Salehliyim əsasında, ey Yehova,
Paklığım əsasında məni mühakimə et.+
Adil Allah+ ürəkləri,+ ən dərin duyğuları sınayar.+
10 Allahdır, ürəyidüz adamların+ xilaskarıdır mənim qalxanım.+
11 Xudavənd adil hakimdir,+
Bəyan edir hər gün hökmlərini.
13 Ölüm silahlarını hazırlar,
Alov saçan oxlarını düzəldər.+
14 Bax, biri bətnində pislik daşıyır,
O, fitnəyə hamilə qalıb, yalan doğar.+