Davudun məzmuru.
23 Yehova mənim Çobanımdır,+ möhtac olmaram.+
2 Yaşıl otlaqlarda dincəldir məni,
Yaxşı suvarılan sakit yerlərə aparır.+
3 Canıma qüvvət verir,+
Öz adı naminə məni salehlik yolları ilə aparır.+
4 Qaranlıq dərədən keçəndə belə,+
Heç nə məni qorxutmur,+
Çünki Sən mənimləsən,+
Əsan, çomağın mənə ürək-dirək verir.
5 Düşmənlərimin gözü önündə mənə süfrə açırsan,+
Başıma yağ çəkirsən,+
Piyaləm dolub-daşır.+
6 Ömrüm boyu Sənin kəramətini, məhəbbətini dadacağam,+
Nə qədər ki sağam, Yehovanın evində qalacağam.+