Yəhyaya nazil olmuş vəhy
3 Sarddakı yığıncağın mələyinə yaz: “Allahın yeddi ruhuna+ və yeddi ulduza malik olan+ belə deyir: “Sənin işlərindən xəbərdaram. Adın var ki, sağsan, əslində ölüsən.+ 2 Oyaq ol+ və ölmək üzrə olan sağ qalmış nəyin varsa, qüvvətləndir. Çünki sənin işlərin Allahımın qarşısında hələ tamamlanmayıb. 3 Buna görə də aldıqlarını və eşitdiklərini yadında saxla, onları qoru və tövbə et.+ Əgər oyanmasan, mən oğru kimi gələcəyəm+ və nə vaxt başının üstünü alacağımı bilməyəcəksən.+
4 Bununla belə, Sardda paltarını ləkələməmiş bir neçə adam var.+ Onlar mənimlə birlikdə ağ libasda gəzəcəklər,+ çünki buna layiqdirlər. 5 Bəli, qalib gələnə+ ağ libas geyindiriləcək+ və mən onun adını həyat kitabından əsla silməyəcəyəm,+ əksinə, onu Atamın və mələklərinin qarşısında anacağam.+ 6 Qulağı olan qoy ruhun yığıncaqlara nə dediyini eşitsin”.
7 Filadelfiyadakı yığıncağın mələyinə yaz: “Müqəddəs olan,+ həqiqi olan,+ Davudun açarına malik olan,+ açdığı bağlanmayan və bağladığı açılmayan belə deyir: 8 “Sənin işlərindən xəbərdaram (sənin üçün qapı açmışam,+ bu qapını heç kim bağlaya bilməz), bilirəm ki, gücün az olsa da, sən mənim sözümə əməl etdin və adımı danmadın. 9 Şeytanın sinaqoqundan olub özlərini yalandan yəhudi adlandıranları+ gətirəcəyəm və ayaqlarına yıxıb sənə təzim etdirəcəyəm. Onda onlar səni sevdiyimi biləcəklər. 10 Dözümüm+ haqqındakı sözə əməl etdiyin üçün* yer üzündə yaşayanları sınamaqdan ötrü dünyanın üzərinə gələcək imtahan saatından səni qoruyacağam.+ 11 Mən tezliklə gələcəyəm.+ Nəyin varsa, bərk saxla ki, heç kəs tacını əlindən almasın.+
12 Qalib gələni Allahımın məbədində sütun edəcəyəm və o, heç vaxt oradan çıxmayacaq. Mən onun üzərinə Allahımın adını+ və Allahımın şəhərinin — göylərdən, Allahımın yanından enən Yeni Yerusəlimin+ adını və özümün təzə adımı yazacağam.+ 13 Qulağı olan qoy ruhun yığıncaqlara nə dediyini eşitsin”.
14 Laodikiyadakı+ yığıncağın mələyinə yaz: “Allahın xilqətinin ilki,+ sadiq və həqiqi+ şahid+ Amin+ belə deyir: 15 “Sənin işlərindən xəbərdaram. Sən nə soyuqsan, nə də isti. Kaş ki ya soyuq, ya da isti olaydın. 16 Madam ki nə istisən,+ nə də soyuq,+ elə-belə ilıqsan, səni yerə tüpürəcəyəm. 17 Çünki sən: “Mən varlıyam,+ varlanmışam, heç nəyə ehtiyacım yoxdur”, — deyirsən, amma bilmirsən ki, bədbəxtsən, acınacaqlı gündəsən, yoxsul, kor və çılpaqsan. 18 Sənə məsləhət görürəm ki, varlanmaq üçün məndən odda saflanmış qızıl alasan, həmçinin ağ libas alıb geyəsən ki, biabırçı çılpaqlığın örtülsün+ və məlhəm alıb gözlərinə sürtəsən+ ki, gözlərin açılsın.+
19 Mənə əziz olan adamları mən məzəmmət və tərbiyə edirəm.+ Ona görə də qeyrətli ol və tövbə et.+ 20 Kandarda durub qapını döyürəm. Kim səsimi eşidib qapını üzümə açsa, mən o evə girib onunla birgə şam edəcəyəm. 21 Qalib gələni+ özümlə bir taxtda əyləşdirəcəyəm,+ necə ki mən də qalib gəlib Atamla birlikdə Onun taxtında əyləşdim.+ 22 Qulağı olan qoy ruhun yığıncaqlara nə dediyini eşitsin”».