Zəbur
89 Yehovanın məhəbbətini daim nəğmələrdə tərənnüm edərəm.
Dilim Sənin sədaqətini bütün nəsillərə bəyan edəcək.
2 Deyirəm: «Məhəbbətin əbədi duracaq.+
Sədaqətini göylərdə bərqərar etmisən».
5 Ey Yehova, göylər xariqələrini mədh edir,
Müqəddəslər məclisində sədaqətini.
6 Göylərdə Yehovanın tayı-bərabəri varmı?+
Allah oğullarından*+ hansı biri Yehovaya bənzər?
8 Ey ordular Allahı Yehova,
Ey Yah, Səndəki güc kimdə var?+
Sədaqətin ətrafını bürüyüb.+
15 Şadlıq səsi bilən xalq nə bəxtiyardır!+
Onlar üzünün nurunda yeriyir, ey Yehova.
16 Adın onlara sevinc bəxş edir gecə-gündüz,
Ədalətinlə yüksəlirlər.
17 Çünki qüvvətlərinin tacı Sənsən.+
18 Qalxanımız Yehovadandır,
Bizə padşahı verən israilin Müqəddəsidir.+
19 O zaman sadiq bəndələrinə vəhydə söylədin:
21 Əlim ona dayaq olacaq,+
Qolum ona qüvvət verəcək.
22 Heç bir düşmən ondan xərac ala bilməyəcək,
Heç bir şər adam ona zülm etməyəcək.+
24 Sədaqətim, məhəbbətim onunladır,+
Qüdrəti adımla yüksələcək.
26 O, Məni: “Sən Atamsan,
Allahımsan, xilaskar qayamsan”, — deyə çağıracaq.+
29 Övladını əbədi bərqərar edəcəyəm,
Taxtı göylər durduqca duracaq.+
30 Oğulları qanunumdan çıxıb
Hökmlərimə əməl etməzsə,
31 Qaydalarımı pozub
Əmrlərimə riayət etməzsə,
32 Onları itaətsizliyə görə çubuqla döyəcəyəm,+
Təqsirlərinə görə kötəkləyəcəyəm.
33 Amma onu məhəbbətimdən məhrum etməyəcəyəm,+
Vədimə xilaf çıxmayacağam.
35 Müqəddəsliyimə bir kərə and içmişəm,
Davuda yalan danışmaram.+
36 Övladı əbədi qalacaq,+
Günəş durduqca taxtı hüzurumda duracaq,+
37 Səmadakı vəfalı şahid kimi,
Ay kimi, əbədilik bərqərar olacaq». (Selah)
38 Lakin Sən məsh etdiyini atdın, rədd etdin,+
Ona qarşı qəzəbin alovlandı.
39 Qulunla bağladığın əhdi ləğv etdin,
Onun tacını yerə atıb murdarladın.
40 Daş hasarlarını uçurub dağıtdın,
İstehkamlarını yerlə yeksan elədin.
41 Hər yoldan keçən onu soyub-taladı,
Qonşuların yanında üzüqara oldu.+
42 Düşmənlərinə qələbə verdin,+
Bütün düşmənlərini sevindirdin.
43 Üstəlik, onun qılıncını geri qaytardın,
Döyüşdə onu müvazinətdən çıxartdın.
44 Şan-şöhrətini əlindən aldın,
Taxtını yerə saldın.
45 Gənclik illərini qısaltdın,
Onu rüsvayçılığa bürüdün. (Selah)
46 Ey Yehova, nə vaxtadək məndən üz döndərəcəksən? Əbədilikmi?+
Qəzəbin nə vaxtadək alovlanacaq?
47 Unutma ki, ömrüm çox qısadır.+
Məgər bəşər oğullarını boş yerə yaratmısan?
48 Hansı insan yaşayıb ölümü dadmayacaq?+
Məzarın* pəncəsindən canını qurtaracaq? (Selah)
49 Ey Yehova, əvvəlki lütfün harada qaldı,
Davuda sədaqətlə and içdiyin lütfün?+
50 Unutma, ey Yehova, bəndələrinə atılan istehzaları,
Necə xalqların tənəsini köksümdə gəzdirirəm.
51 Unutma, düşmənlərin necə təhqirlər söyləyir,
Məsh etdiyinin hər addımını necə təhqir edirdilər, ey Yehova.
52 Yehovaya əbədi alqış olsun! Amin! Amin!+