Zəbur
2 Qulağını mənə tərəf əyir.+
Nə qədər ki varam, Onu səslərəm.
4 Amma mən Yehovanın adını çağırdım:+
«Aman, Yehova, qurtar canımı!»
6 Yehova naşı adamı hifz edir.+
Rəzil olmuşdum, O, məni qurtardı.
7 Qoy könlüm yenə rahat olsun,
Çünki Yehova mənə yaxşılıq etdi.
8 Sən canımı ölümdən,
Gözümü yaş tökməkdən, ayağımı büdrəməkdən qurtardın.+
9 Mən Yehovanın önündə, işıqlı dünyada* gəzəcəyəm.
10 İman etdiyim üçün danışdım,+
Hərçənd əzablar içində idim.
11 Təlaşa düşəndə dedim:
«Bütün insanlar yalançıdır».+
12 Mənə etdiyi yaxşılıqların əvəzində
Yehovaya nə verə bilərəm?
13 Nicat piyaləsini götürərəm,
Yehovanın adını çağıraram.
16 Amandır, ey Yehova,
Mən ki Sənin qulunam,
Qulunam, kənizinin oğluyam.
Sən məni buxovlardan azad etdin.+
17 Sənə şükranlardan qurban gətirərəm,+
Yehovanın adını çağıraram.
18 Yehovaya dediyim nəzirləri yerinə yetirərəm,+
Bütün xalqının önündə,+
19 Yehovanın evinin həyətində,+
Sənin mərkəzində, ey Yerusəlim.
Yaha alqış edin!+