Zəbur
118 Yehovaya şükür edin, çünki kəramətlidir,+
Məhəbbəti əbədidir.
2 Qoy İsrail desin:
«Məhəbbəti əbədidir».
3 Harun evi desin:
«Məhəbbəti əbədidir».
4 Yehovadan qorxanlar desin:
«Məhəbbəti əbədidir».
5 Dara düşəndə Yahı çağırdım,
Yah mənə hay verdi, genişliyə çıxardı.+
8 Yehovaya pənah gətirmək,
İnsana güvənməkdən yaxşıdır.+
9 Yehovaya pənah gətirmək,
Əsilzadələrə güvənməkdən yaxşıdır.+
10 Bütün xalqlar məni dövrəyə almışdı,
Onları Yehovanın adı ilə geri atdım.+
11 Məni dövrələyib mühasirəyə almışdılar,
Onları Yehovanın adı ilə geri atdım.
12 Arı kimi ətrafımı bürümüşdülər,
Lakin kolluğa düşən alov kimi tezcə söndürüldülər,
Onları Yehovanın adı ilə geri atdım.+
13 Məni zərblə itələdilər* ki, yıxılım,
Amma Yehova dadıma yetişdi.
14 Yah pənahımdır, qüvvətimdir,
O, mənim nicatımdır.+
15 Salehlərin çadırından
Qurtuluş, sevinc sədaları yüksəlir.
Yehovanın sağ əli qüvvətini göstərir.+
16 Yehovanın sağ əli yuxarı qalxır,
Yehovanın sağ əli qüvvətini göstərir.+
17 Ölmərəm, yaşayacağam ki,
Yahın işlərini elan edim.+
19 Salehlik darvazalarını üzümə açın,+
Oradan girib Yaha alqış edəcəyəm.
20 Bu, Yehovanın darvazasıdır,
Oradan salehlər girər.+
21 Sənə alqış edərəm, çünki mənə hay verdin,+
Mənim xilaskarım oldun.
24 Bu, Yehovanın yaratdığı gündür,
O gündə sevinib şad olarıq.
25 Aman, Yehova, bizi xilas et!
Yehova, bizə qələbə ver!
26 Yehovanın adı ilə gələnə eşq olsun!+
Yehovanın evindən sizə alqış deyirik.
27 Yehova Allahdır,
Bizə nur verir.+
28 Allahım Sənsən, Səni tərif edərəm,
Ey Allahım, Səni ucaldaram.+