Zəbur
Davudun məzmuru.
101 Məhəbbətini, ədalətini nəğmədə tərənnüm edərəm,
Ey Yehova, şəninə nəğmələr deyərəm.
2 Kamalla, kamilliklə oturub-duraram.
Nə vaxt dadıma çatacaqsan?
Evimin içində də saf ürəklə yaşaram.+
3 Nalayiq şeyləri gözümün önünə qoymaram.
Düz yoldan dönənlərin əməllərinə nifrət edirəm,+
Belə şeyləri yaxına buraxmaram.
4 Qəlbi əyri adamlar məndən uzaqdır,
Pisliklə barışmaram.
5 Qonşusuna xəlvətdən böhtan atanı+ susduraram.
Baxışı təkəbbürlü, ürəyi qürrəli adamı
Görməyə gözüm yoxdur.
6 Gözüm dünyadakı sadiq insanları gəzər,
İstərəm yanımda hey onlar olsun.
Kamillik yolunda yeriyən insan qulluğumda durar.
7 Kələkbaz adam evimdə qalmaz,
Yalançı bir kimsə hüzurumda durmaz.
8 Dünyanın pislərini hər səhər sükuta qərq edərəm ki,
Yehovanın şəhərindən bədəməllərin kökünü kəsim.+