Romalılara
10 Qardaşlar, onların xilasını sidqi-ürəkdən arzu edirəm, bundan ötrü gecə-gündüz Allaha yalvarıram.+ 2 Allahın qeyrətini çəkdiklərinə özüm şahidəm,+ ancaq bunu dəqiq biliyə əsaslanaraq etmirlər. 3 Onlar Allahın salehlik meyarlarına tabe olmadılar,+ çünki Onun salehlik meyarlarını dərk etmədilər,+ əvəzində öz salehlik meyarlarını təsis etmək istədilər.+ 4 Məsih Qanunun sonu oldu+ ki, iman edən hər kəs salehliyə yetişə bilsin.+
5 Musa Qanun vasitəsilə qazanılan salehlik barədə yazır: «Onlara riayət edən adam onların sayəsində yaşayacaq».+ 6 İmandan doğan salehlik isə belə deyir: «Ürəyində demə:+ “Kim göyə çıxacaq?”+ Yəni Məsihi gətirmək üçün ora çıxacaq. 7 Yaxud “Kim dibsiz quyuya* enəcək?”+ Yəni Məsihi ölülərin arasından çıxarmaq üçün ora enəcək». 8 Bəs Müqəddəs Yazılarda nə deyilir? «O söz sənin yanındadır, dilində, ürəyindədir».+ Təbliğ etdiyimiz iman «sözü» də elə budur. 9 Əgər sən dilinlə İsanın Ağa olduğunu+ hamıya bəyan edirsənsə və ürəyində Allahın onu diriltdiyinə iman edirsənsə, xilas olacaqsan. 10 Çünki insan ürəyində iman edəndə salehliyə, imanını dili ilə bəyan edəndə+ isə xilasa yetişir.
11 Müqəddəs Yazılar deyir: «İmanını onun üzərində quran heç vaxt peşman olmayacaq».+ 12 Yəhudi ilə yunan arasında fərq qoyulmur,+ çünki hamının Rəbbi* birdir və O, Onu çağıranlara bol-bol xeyir-dua verir. 13 Axı «Yehovanın adını çağıran hər kəs qurtulacaq».+ 14 Bəs iman etmədikləri o Kəsin adını necə çağırsınlar? Barəsində heç vaxt eşitmədikləri o Kəsə necə iman etsinlər? Təbliğ edən olmasa, haradan eşitsinlər? 15 Əgər göndərən olmasa, kim təbliğ edər?+ Axı yazılıb: «Yaxşı şeylər müjdələyənlərin qədəmləri nə gözəldir!»+
16 Ancaq müjdəyə hamı boyun əymədi. Çünki Əşiya belə deyir: «Yehova, kim bizdən eşitdiyinə iman gətirdi?»+ 17 Deməli, iman insanda sözü eşidəndən sonra yaranır.+ Söz isə Məsih haqqında danışılanda eşidilir. 18 Amma mən soruşuram: məgər onlar eşitməmişdilər? Axı «sədaları dünyaya yayıldı, şəhadətləri yerin ucqarlarına çatdı».+ 19 Bir də soruşuram: məgər İsrail bilmirdi?+ İlk əvvəl Musa deyir: «Mən sizi xalq adına layiq olmayanlarla pərt edəcəyəm. Sizi axmaq bir xalqla bərk qəzəbləndirəcəyəm».+ 20 Əşiya isə cəsarətlə Allahın sözlərini bəyan edir: «Məni axtarmayanlar Məni tapdılar.+ Mənim haqqımda soruşmayanlar Məni tanıdılar».+ 21 İsrail haqqında isə bunları deyir: «Bütün günü əlim itaətsiz, dikbaş xalqa sarı uzanıb».+