Həbquq
Durub baxacağam, görüm O, mənim dilimlə nə deyəcək,
Məni tənbeh edəndə nə cavab verim.
2 Yehova mənə belə dedi:
3 Çünki vaxtı çatanda bu vəhy gerçəkləşəcək,
O, icrasına tələsir, yalan çıxmayacaq.
Gecikən kimi görünsə belə, onu gözlə,+
Çünki mütləq gerçəkləşəcək.
Gecikməyəcək!
4 Məğrura bax,
Onun qəlbi nadürüstdür.
Saleh isə sədaqəti* sayəsində yaşayacaq.+
5 Şərab namərd olduğundan
Qürurlu adam məqsədinə yetməyəcək.
O, Məzar* kimi acgözdür,
Ölüm kimi doymaq bilmir.
O, bütün xalqları toplayır,
Bütün ümmətləri yanına yığır.+
6 Amma onların hamısı ona məsəllər qoşacaq, eyhamla, atmacayla danışacaq.+
Deyəcəklər:
“Vay o kəsin halına ki, özgə malını mənimsəyib yığır,
O, ancaq borcunu çoxaldır!
Nə vaxtadək?
7 Elə bilirsən, borclu qaldığın kəslər qəfil üstünə qalxmayacaq?
Onlar oyanıb səni möhkəm silkələyəcəklər,
Sən onlar üçün qənimət olacaqsan.+
8 Sən çox xalqları soyduğun üçün
Qalan xalqlar da səni soyacaq.+
Çünki qan tökdün,
Torpağa,
Şəhərlərə və sakinlərinə zülm etdin.+
9 Vay o kəsin halına ki, fəlakətdən qurtulmaq üçün,
Yuvasını yüksək yerdə qurmaq üçün
Evinə haram qazanc gətirir!
10 Sən qəsd qurub öz evini rüsvay etdin,
Çox xalqların kökünü kəsməklə özünü günaha batırdın.+
11 Divar daşı nalə çəkəcək,
Ağac tir ona hay verəcək.
12 Vay o kəsin halına ki, şəhəri qan üstündə tikir,
Kəndin bünövrəsini haqsızlıq üstündə qoyur!
13 Xalqlar od-alovdan ötrü zəhmət çəkəcək, ümmətlər özlərini boş-boşuna yoracaq.+
Bu, ordular Allahı Yehovadan olacaq.
15 Vay o kəsin halına ki,
Yoldaşlarının eyib yerinə baxmaq üçün onları içirdib sərxoş edir,
Qəzəb və hiddətini də buna qatır.
16 Sən şərəf əvəzinə rüsvayçılıqla dolacaqsan.
Özün də iç, sünnətsiz olduğunu aç göstər*.
Yehovanın sağ əlindəki cam gəlib sənə də çatacaq,+
Rəzalətin şöhrətini üstələyəcək.
17 Livana etdiyin zülm,
Heyvanları dəhşətə salan qırğın sənin öz başına gələcək,
Çünki qan tökdün,
Torpağa,
Şəhərlərə və sakinlərinə zülm etdin.+
18 İnsan əlinin düzəltdiyi oyma bütün,
Tökmə bütün,
Yalan öyrədən müəllimin nə xeyri?
Bu faydasız allahları düzəldən onlara necə güvənə bilər?
Onlar ki dilsiz-ağızsızdır.+
19 Vay o kəsin halına ki, odun parçasına: “Oyan!”
Dilsiz daşa: “Oyan! Bizə yol göstər!” — deyir!
20 Yehova isə müqəddəs məbədindədir.+
Ey dünya, Onun önündə sükut et!”»+