Əşiya
52 Oyan! Oyan! Ey Sion+, qüdrətə bürün!+
Ey müqəddəs şəhər Yerusəlim, gözəl libasını geyin!+
Daha heç bir sünnətsiz, heç bir murdar adam sənin darvazandan girməyəcək.+
2 Ey Yerusəlim, yerdən qalx, üstünün tozunu çırp, şərəfli yerdə əyləş.
Ey əsirlikdə olan Sion qızı, boynundakı buxovu çıxar!+
3 Yehova belə deyir:
4 Külli-İxtiyar Yehova belə deyir:
«Əvvəl xalqım Misirə getdi, orada qərib kimi yaşadı,+
Sonra Aşşur nahaqdan ona zülm etdi».
5 «Bəs indi Mən neyləməliyəm? — deyir Yehova, —
Xalqımı müftə götürüb aparıblar.
6 Bu səbəbdən xalqım adımı biləcəkdir,+
Bu səbəbdən o gün onlar biləcək ki, bunu deyən Mən idim.
Bəli, Mən!»
7 Dağları aşıb gələn müjdəçinin qədəmləri nə gözəldir!+
O, sülh xəbəri gətirir,+
Gözəl xəbər müjdələyir,
Nicat xəbərini elan edir,
Siona deyir: «Sənin Allahın padşah oldu!»+
8 Bir qulaq as! Sənin gözətçilərin qışqırır.
Hamısı səs-səsə verib sevincdən haray salır,
Görürlər ki, Yehova Sionu toplayıb geri qaytarır.
9 Ey Yerusəlimin xarabalıqları, şadlanın, bir ağızdan sevinc harayı ucaldın,+
Çünki Yehova xalqına təskinlik verdi,+ Yerusəlimi azad etdi.+
10 Yehova bütün xalqların gözü qabağında müqəddəs qolunu çırmaladı.+
Dünyanın bütün nəhayətləri Allahımızın verdiyi qurtuluşu görəcək.+
11 Çıxın, çıxın, oranı tərk edin,+ murdar şeylərə toxunmayın!+
12 Siz həyəcan içində çıxmayacaqsınız,
Canınızı götürüb qaçmayacaqsınız.
13 Mənim qulum+ bəsirətlə hərəkət edəcək.
O yüksələcək,
Ucaldıqca ucalacaq.+
14 Çoxları heyrət içində ona baxdığı kimi
(O, çox əcaib hala salınmışdı, başqalarından çox,
Camalı çox korlanmışdı, bəşərinkindən çox),
15 O, çoxlu xalqları heyrətə salacaq.+