Markın yazdığı müjdə
16 Şənbə+ bitəndən sonra Məcdəlli Məryəm+, Yaqubun anası Məryəm və Səlimə gedib ətirli ot aldılar ki, yağa qatıb İsanın bədəninə çəksinlər.+ 2 Həftənin ilk günü* səhər tezdən gün çıxan kimi onlar sərdabəyə gəldilər.+ 3 Qadınlar bir-birinə deyirdilər: «Sərdabənin ağzındakı daşı bizim üçün kim qırağa çəkəcək?» 4 Onlar baxıb gördülər ki, kimsə daşı qırağa diyirləyib, halbuki daş çox yekə idi.+ 5 Onlar sərdabəyə girəndə gördülər ki, sağ tərəfdə ağ əba geymiş bir gənc oturub. Qadınlar donub qaldılar. 6 Gənc onlara dedi: «Təəccüblənməyin.+ Bilirəm, siz dirəkdə edam edilmiş nəsrani İsanı axtarırsınız. O, burada yoxdur, dirilib.+ Gəlin onun qoyulduğu yerə baxın.+ 7 Sonra gedin, onun şagirdlərinə və Butrusa belə deyin: “O, sizin qabağınızca Cəliləyə gedir.+ Sizə dediyi kimi, onu orada görəcəksiniz”».+ 8 Qadınlar sərdabədən çıxıb qaça-qaça getdilər. Hisslər onları çulğamışdı, onlar tir-tir əsirdilər. Qadınlar heç kəsə heç nə demədilər, çünki bərk qorxmuşdular*.+