Huşə
13 «Əfraim danışanda xalq əsirdi.
İsraildə onun nüfuzu var idi,+
Lakin Baala səcdə edib+ günaha batdı və öldü.
2 İndi günahı günaha calayır,
Özünə gümüşdən tökmə bütlər düzəldir,+
Bütləri məharətlə düzəldir; bütün bunlar sənətkar əlinin işidir.
Onlara deyir: “Qoy qurban gətirənlər danaları öpsünlər”.+
3 Buna görə o, səhər dumanı kimi olacaq,
Tez yox olan şeh kimi,
Tufanda xırmandan sovrulan saman kimi,
Bacadan çıxan tüstü kimi olacaq.
4 Lakin Mən Yehova hələ Misir diyarından sənin Allahınam.+
Məndən başqa Allah tanımırdın.
Məndən başqa xilaskar yoxdur.+
5 Səhrada, quraq diyarda sənin qeydinə qalırdım.+
6 Onlar örüşlərində bəslənib doydular.+
Doydular və qudurdular.
Məni unutdular.+
7 Mən onlar üçün gənc aslana dönəcəyəm,+
Bəbirtək yollarının üstündə durub gözləyəcəyəm.
8 Balalarını itirmiş ayı kimi qarşılarına çıxacağam,
Onların bağrını yaracağam.
Oradaca onları aslan kimi aşıracağam.
Onları vəhşi heyvan parçalayacaq.
9 Ey İsrail, Səni məhv edəcəyəm,
Çünki Mənə, öz yardımçına qarşı çıxdın.
10 Hanı sənin padşahın? Gəlsin səni bütün şəhərlərində qurtarsın.+
Hanı barələrində:
“Mənə padşah və başçılar ver”, — dediyin hakimlər?+
12 Əfraimin təqsiri boğçaya bükülüb,
Günahı qorunur.
13 O, doğuş sancısı çəkəcək.
O, ağılsız oğuldur,
Doğulmaq vaxtı çatanda çıxmaq istəməyəcək.
Ey ölüm, hanı neştərin?+
Ey Məzar, hanı məhv edən gücün?+
Yenə də mərhəmət göstərməyəcəyəm.
15 Qamışlar arasında çoxalsa da,
Üzərinə səhradan qalxan şərq küləyi, Yehovanın küləyi gələcək,
Onun quyusunu qurudacaq, bulağının suyunu kəsəcək.
Onun cavahirat dolu xəzinəsini talan edəcək.+
16 Səməriyyə təqsirkar çıxacaq,+ çünki öz Allahına qarşı qiyam etdi.+