Ərəmya
31 Yehova bəyan edir: «Həmin vaxt Mən bütün İsrail qəbilələrinin Allahı olacağam, onlar isə Mənim xalqım».+
2 Yehova belə deyir:
«İsrail dinclik yerinə gedəndə
Qılıncdan qurtulan xalq səhrada Allahdan lütf gördü».
3 Yehova uzaqdan mənə görünüb dedi:
«Səni əbədi məhəbbətlə sevdim.
Məhəbbətlə səni Özümə tərəf çəkdim.+
4 Səni yenidən quracağam, bərpa olacaqsan.+
Ey bakirə İsrail, yenə əlinə qaval alacaqsan,
Şadlıq içində rəqs edəcəksən.+
6 Gün gələcək Əfraim dağlarındakı gözətçilər çağıracaqlar:
“Qalxın, Siona, Allahımız Yehovanın hüzuruna gedək”».+
7 Yehova belə deyir:
«Sevinə-sevinə Yaquba səslənin.
Sevincdən hayqırın, çünki xalqların başındasınız.+
Bunu car çəkin. Mədh söyləyib deyin:
“Ey Yehova, xalqını, İsraildən sağ qalanları xilas et”.+
8 Onları şimal ölkəsindən qaytaracağam.+
Yerin ucqarlarından toplayacağam.+
Onların arasında kor, topal,+
Hamilə, doğuş sancısı çəkən də olacaq.
Hamısı bir böyük icma kimi bura qayıdacaq.+
9 Ağlaya-ağlaya gələcəklər.+
Onları geri gətirəcəyəm, lütf diləyə-diləyə qayıdacaqlar.
Onları hamar yolla ayaqları büdrəmədən
Axar sular kənarına gətirəcəyəm.+
Çünki Mən İsrailin Atasıyam, Əfraim Mənim ilkimdir».+
10 Ey xalqlar, Yehovanın sözünü dinləyin!
Uzaq adalarda car çəkin:+
«İsraili pərən-pərən edən onları toplayacaq,
Sürüsünü qoruyan çobantək onları qoruyacaq.+
12 Onlar Sionun zirvəsinə qalxıb sevinclə hayqıracaq,+
Yehovanın kəramətinə görə,
Taxıla, təzə şəraba,+ yağa,
Sürüdəki, naxırdakı bala heyvanlara görə+ üzləri şəfəq saçacaq.
13 «O zaman qız, oğlan, qoca
Birgə rəqs edib şənlənəcək.+
Onların yasını şadlığa çevirəcəyəm,+
Onlara təskinlik verəcəyəm, qüssədən qurtarıb sevindirəcəyəm.+
14 Kahinləri bol nemətlərlə doyuracağam,
Xalqım kəramətimlə bəslənib doyacaq»,+ — bəyan edir Yehova.
15 «Yehova belə deyir:
“Ramada+ səs eşidilir, ağlaşma, fəryad səsi.
Rəhilə oğullarına görə ağlayır,+
Təsəlli tapmaq istəmir.
Çünki oğulları artıq yoxdur”».+
16 Yehova belə deyir:
«Ağlayıb-sızlama, göz yaşı tökmə,
Zəhmətinin əvəzini alacaqsan,
Onlar düşmən ölkəsindən qayıdacaqlar,+ — bəyan edir Yehova.
17 Gələcəyin üçün ümid var,+ — bəyan edir Yehova,
Oğulların öz vətənlərinə qayıdacaq».+
18 «Mən Əfraimin naləsini eşitdim:
“Sən məni əhliləşdirilməmiş dana kimi tərbiyə etdin,
Mən də düzəldim.
Məni geri qaytarsan, canla-başla qayıdaram.
Çünki Sən mənim Allahımsan, Yehova.
Xəcalət çəkdim, rəzil oldum,+
Çünki gəncliyimin rüsvayçılığını çiyinlərimdə daşıyırdım”».
20 «Məgər Əfraim əziz oğlum, sevimli övladım deyil?+
Onu nə qədər pisləsəm də, unutmuram.
Onun üçün ürəyim qan ağlayır,+
Ona rəhm edəcəyəm”», — bəyan edir Yehova.+
21 «Özün üçün yol nişanları,
Yol göstərən işarələr qoy.+
Baş yola, gedəcəyin yola fikir ver,+
Ey bakirə İsrail, geri qayıt, şəhərlərinə dön.
22 Ey vəfasız qız, nə vaxta kimi qərarsız olacaqsan?
Yehova dünyada yeni bir şey yaradıb:
Qadın kişinin dalınca düşəcək».
23 İsrailin Allahı, ordular Allahı Yehova deyir: «Mən onlardan sürgünə gedənləri geri gətirəndə Yəhuda məmləkətində və şəhərlərində yenə deyəcəklər: “Ey salehlik diyarı,+ ey müqəddəs dağ,+ qoy Yehova səni mübarək qılsın!” 24 Orada yəhudalılar, şəhər sakinləri, əkinçilər, çobanlar birlikdə yaşayacaq.+ 25 Mən yorğun adama təravət, taqətsizə güc verəcəyəm».+
26 Onda gözlərimi açıb oyandım, yuxum şirin idi.
27 Yehova bəyan edir: «Gün gələcək İsrail evi ilə Yəhuda evinə insan və heyvan toxumu əkəcəyəm».+
28 «Onları kökündən qoparmağa, uçurmağa, yerlə yeksan etməyə, dağıtmağa, onlara zərər vurmağa necə hazır idimsə+ onları tikməyə və əkməyə də elə hazır olacağam,+ — bəyan edir Yehova. — 29 O vaxt heç kim deməyəcək: “Atalar kal üzüm yedi, uşaqların dişi qamaşdı”.+ 30 Hər kəs öz təqsirinə görə öləcək, kal üzüm yeyənin öz dişi qamaşacaq».
31 Yehova bəyan edir: «Gün gələcək İsrail evi və Yəhuda evi ilə yeni əhd bağlayacağam.+ 32 Bu əhd əllərindən tutub Misirdən çıxardığım gün ata-babaları ilə bağladığım əhdə bənzəməyəcək.+ Onların sahibi* olduğum halda, həmin əhdi pozmuşdular,+ — bəyan edir Yehova».
33 «O günlərdən sonra İsrail evi ilə bağlayacağım əhd budur: qanunumu onların daxilinə qoyacağam,+ ürəklərinə yazacağam.+ Mən onların Allahı olacağam, onlar da Mənim xalqım»,+ — bəyan edir Yehova.
34 «Artıq qonşu qonşuya, qardaş qardaşa “Yehovanı tanı” deməyəcək.+ Çünki balacadan tutmuş böyüyədək hamı Məni tanıyacaq,+ — bəyan edir Yehova. — Çünki onların təqsirini bağışlayacağam, günahlarını bir də yada salmayacağam».+
35 Adı ordular Allahı olan Yehova,
Gündüzü işıqlandırmaq üçün günəşi verən,
Gecəni aydınlaşdıran aydan, ulduzlardan ötrü qaydalar qoyan,
Dənizi çalxalayan, dalğaları şahə qaldıran
Yehova belə deyir:+
36 «Əgər nə vaxtsa bu qayda-qanunlar pozulsa,
Yalnız onda İsrail övladları bir xalq kimi önümdən həmişəlik yox olar, — bəyan edir Yehova».+
37 Yehova belə deyir: «Əgər yuxarıda göyləri ölçmək, aşağıda yerin təməlini araşdırıb öyrənmək mümkün olsa, yalnız onda bütün İsrail övladlarını əməllərinə görə rədd edərəm, — bəyan edir Yehova».+
38 «Gün gələcək, — Yehova bəyan edir, — şəhər Hənanil qülləsindən+ Künc darvazaya+ qədər Yehova üçün tikiləcək.+ 39 Ölçü ipi+ düz Qarib təpəsinə uzadılacaq, oradan da Quəhə dönəcək. 40 Cəsədlər və küllər dərəsinin hər yeri, Qidron vadisinə,+ şərqə doğru At darvazasının+ küncünədək uzanan bütün bağlar Yehova üçün müqəddəs olacaq.+ O, bir daha kökündən qoparılmayacaq, dağılmayacaq».