Yaqub
3 Qardaşlarım, hamınız müəllim olmağa tələsməyin. Bildiyiniz kimi, biz müəllimlər daha sərt mühakimə ediləcəyik.+ 2 Çünki hər birimiz dəfələrlə səhv edirik.+ Sözündə səhvə yol verməyən kamil insandır. Belə insan bütün bədənini yüyənləməyə qadirdir. 3 Atın ağzına yüyən keçirib, onu ram edirik və beləcə, bütün bədənini idarə edirik. 4 Həmçinin güclü küləklərin cövlan etdiyi sularda üzən nəhəng gəmilərə baxın. Sükançı onları balaca sükanla istədiyi səmtə yönəldir.
5 Dil də bədənin kiçicik bir üzvüdür, amma yaman lovğalanır. Böyük bir meşəni yandırmaq üçün bircə qığılcım kifayət edir. 6 Dil də bir alovdur.+ Bədənimizin üzvləri arasında dil haqsızlıqla dolu bir dünyadır, çünki bütün bədəni ləkələyir+ və insanın həyatını oda salır, özü isə Hinnom vadisindən* alovlanır. 7 Hər cür vəhşi heyvanı, quşu, sürünəni və dəniz məxluqunu ram etmək mümkündür və insan onları ram etmişdir. 8 Dili isə heç kəs ram edə bilmir. Dil qarşısıalınmaz bir bəladır, öldürücü zəhərlə doludur.+ 9 Biz dillə Atamız Yehovaya alqış ucaldır, eyni zamanda «Allahın bənzərində» yaradılmış adamlara+ qarğış oxuyuruq. 10 Eyni ağızdan tərif də çıxır, lənət də.
Qardaşlarım, belə olmamalıdır.+ 11 Məgər bir çeşmədən həm şirin, həm acı su axır? 12 Qardaşlar, məgər əncir ağacı zeytun və ya üzüm meynəsi əncir verə bilər?+ Şor qaynaqdan da şirin su gəlməz.
13 Aranızda hikmətli və dərrakəli kimdir? Qoy bunu yaxşı davranış və hikmətə xas mülayimliklə əməldə göstərsin. 14 Ancaq ürəyinizdə güclü paxıllıq+ və höcət*+ varsa, lovğalanmayın+ və həqiqəti yalanla ləkələməyin. 15 Bu, yuxarıdan nazil olan hikmət deyil. Xeyr, bu, dünyaya xas,+ cismani, şeytani hikmətdir. 16 Paxıllıq və höcət* olan yerdə qarmaqarışıqlıq və hər cür pislik hökm sürür+.
17 Lakin yuxarıdan nazil olan hikmət ilk növbədə safdır+, sonra sülhpərvər+, mülayim+, itaətkardır, mərhəmətli və faydalı bəhrələrlə+ doludur. Ayrı-seçkilikdən+, riyakarlıqdan+ uzaqdır. 18 Salehlik bəhrəsinin toxumu isə sülhpərvərlər üçün*+ əmin-amanlıq şəraitində+ əkilir.