Məsəllər
24 Pis adamlara həsəd aparma,
Onlara qoşulmağı arzulama.+
2 Çünki ürəklərindən zorakılıq keçir,
Dilləri pislikdən danışar.
5 Güc müdrikdədir,+
İnsanın elmi qüvvətini artırar.
7 Axmaq üçün əsl hikmət əlçatmazdır,+
O, şəhər darvazasında deməyə söz tapmaz.
8 Şər quranın adı
Usta fitnəkar qalar.+
9 Axmaq niyyətlər günah törədər,
Xalqın rişxəndçidən zəhləsi gedər.+
10 Dar gündə ruhdan düşsən,
Gücün tükənər.
11 Ölümə aparılanları xilas et,
Məhvin astanasında olanları geri çək.+
12 Desən: «Xəbərimiz yox idi»,
Məgər ürəkləri yoxlayan bunu bilməz?+
Əlbəttə ki, səni müşahidə edən bunu bilər,
Hər kəsə əməlinə görə əvəz verər.+
13 Oğlum bal ye, bal xeyirlidir.
Şanı balı ağzı şirin edər.
15 Salehin evi yanında xaincəsinə pusqu qurma,
Onun yurdunu viran qoyma.
17 Düşmənin yıxılanda sevinmə,
O büdrəyəndə ürəyin şadlanmasın.+
18 Yoxsa Yehova görər, Ona ağır gedər,
Qəzəbini ondan döndərər.+
19 Pis adamlara görə dilxor olma,
Şər adamlara qibtə etmə.
21 Oğlum, Yehovadan da, padşahdan da qorx.+
Xəyanətkarlara yoldaş olma.+
22 Çünki onların axırı qəfil gələr.+
O ikisinin* onlara verəcəyi cəzanı kim bilir?+
23 Bunlar da müdriklərin kəlamıdır:
Məhkəmədə tərəfkeşlik etmək yaxşı deyil.+
24 Şər adama: «Salehsən», deyəni+
Ellər lənətlər, xalqlar qınayar.
26 Dürüst cavab verənin dilindən öpərlər*.+
27 Çöl işlərini sahmana sal, tarlada hər işini gör qurtar,
Sonra evini tik.
30 Tənbəlin tarlasının,+
Ağılsızın bağının yanından keçdim.
32 Baxdım, fikrə daldım,
Özümə ibrət götürdüm:
33 Bir az yatsan, bir az mürgüləsən,
Bir az əl-qolunu sallayıb otursan,
34 Yoxsulluq quldur kimi başının üstünü kəsər,
Ehtiyac soyğunçu kimi üstünə gələr.+