Ərəmya
11 Ərəmyaya Yehovanın sözü nazil oldu: 2 «Qoy hər kəs bu əhdin sözlərini eşitsin!
Bunları Yəhuda camaatına, Yerusəlim əhlinə söylə. 3 Söylə ki, İsrailin Allahı Yehova belə deyir: “Bu əhdin sözlərinə tabe olmayana lənət olsun.+ 4 Mən bu sözləri atalarınıza onları Misirdən, dəmirəridən sobadan çıxardığım gün+ buyurmuşdum.+ Onlara demişdim: “Mənə qulaq asın, bütün əmrlərimi yerinə yetirin. Onda siz Mənim xalqım, Mən də sizin Allahınız olaram.+ 5 Ata-babalarınıza süd-bal axan diyarı vermək üçün içdiyim andı yerinə yetirərəm”.+ Budur, indiyə kimi siz bu diyarda yaşayırsınız”».
Onda mən dedim: «Amin, Yehova!»
6 Sonra Yehova mənə dedi: «Yəhuda şəhərlərində, Yerusəlim küçələrində bu sözləri car çək: “Bu əhdin sözlərini eşidin, onlara əməl edin. 7 Mən ata-babalarınıza onları Misirdən çıxardığım gündən bu günə qədər dönə-dönə xəbərdarlıq edib demişəm: “Mənə qulaq asın”.+ 8 Amma onlar Məni eşitmədilər, Mənə qulaq asmadılar. İnadla qara ürəklərinə görə hərəkət etdilər.+ Əməl etməyi buyurduğum bu əhdin sözlərinə tabe olmadılar. Buna görə Mən əhddə yazılanları onların başına gətirdim”».
9 Sonra Yehova mənə dedi: «Yəhuda camaatı ilə Yerusəlim əhli əlbir olub. 10 Onlar sözlərimi eşitməyən əcdadlarının günahlarına qayıdıblar.+ Başqa allahlara ibadət edirlər, onlara qulluq edirlər.+ İsrail evi ilə Yəhuda evi ata-babaları ilə bağladığım əhdi pozub.+ 11 Odur ki, Yehova belə deyir: “Başlarına elə bəla gətirəcəyəm ki,+ ondan yaxa qurtara bilməyəcəklər. Məndən imdad diləyəndə onlara qulaq asmayacağam.+ 12 O zaman Yəhuda şəhərləri və Yerusəlim əhli gedib qurban gətirdikləri allahlardan imdad diləyəcəklər,+ amma bu allahlar heç cür onları bəladan qurtarmayacaqlar. 13 Ey Yəhuda, allahlarının sayı şəhərlərinin sayına çatıb. O iyrənc şeyə, Baala qurban gətirmək üçün Yerusəlimin küçələri qədər qurbangah düzəltmisən”.+
14 Sən isə, bu xalqdan ötrü dua etmə. Onlardan ötrü Mənə üz tutma, yalvar-yaxar etmə.+ Başlarına bəla gələndə Mənə fəryad edəcəklər, amma Mən onlara qulaq asmayacağam.
15 Əziz xalqımın Mənim evimdə nə işi var?
Gör onun arasında nə qədər insan fitnə-fəsad qurur.
Gətirdikləri qurbanlarla sənin üstünə gələn bəlanı sovuşdura biləcəklər?
Həmin vaxt öyünə biləcəksən?
16 Bir vaxtlar Yehova sənə qollu-budaqlı,
Meyvəsi dadlı, gözəl zeytun ağacı deyirdi.
Amma qulaqbatıran səs gəldi, Allah ağaca od vurdu,
Düşmənlər budaqlarını qırıb-tökdü.
17 Səni torpağa əkən+ ordular Allahı Yehova başına bəla gətirməyi qət edib. Çünki İsrail evi və Yəhuda evi mənfur işlər görüb, Baala qurban gətirərək Məni qəzəbləndirib».+
18 Ey Yehova, həmin vaxt onların nə etdiyini mənə göstərdin,
Bunlardan məni agah etdin.
19 Mən isə kəsilməyə aparılan fağır quzu kimi idim.
Mənə qəsd qurduqlarından bixəbər idim,+
Deyirdilər: «Gəlin ağacı meyvələri ilə birgə məhv edək,
Onu işıqlı dünyadan* yox edək,
Adı bir də anılmasın».
Qoy onlardan alacağın intiqamı görüm,
Çünki işimi Sənə tapşırmışam.
21 Buna görə də Yehova canımı almaq istəyənlərə, «Yehovanın adı ilə peyğəmbərlik etmə,+ yoxsa əlimizdə ölərsən» deyən ənatutluların+ əleyhinə belə deyir: 22 «Onlarla haqq-hesab çəkəcəyəm, — ordular Allahı Yehova bəyan edir, — cavanları qılıncdan keçiriləcək,+ oğulları, qızları acından öləcək.+ 23 Heç kim sağ qalmayacaq. Ənatutlularla+ haqq-hesab çəkəcəyim il onların başına bəla gətirəcəyəm».