Zəbur
Davudun məzmuru.
2 O, mənim xeyirxahımdır! Odur istehkamım,
Pənahgahım, xilaskarım,
Qalam, qalxanım,+
Odur xalqları mənə tabe edən.+
3 Ey Yehova, insan nədir ki, ona nəzər salırsan?
Fani insan nədir ki, ona diqqət yetirirsən?+
8 Onların ağzından yalan tökülür,
Sağ əllərini qaldırıb yalandan and içirlər.
9 İlahi, şəninə yeni nəğmə oxuyaram,+
On telli alətdə Səni tərənnüm edərəm.
11 Məni qurtar, ağzından yalan tökülən,
Sağ əllərini qaldırıb yalandan and içən
Yadların əlindən al məni.
12 Onda oğullarımız tezcə boy atmış fidana,
Qızlarımız saraydakı oyma künc sütunlarına bənzər.
13 Anbarlarımız növbənöv nemətlərlə dolub-daşar,
Çöldəki sürülərimiz minlərlə, on minlərlə balalar,
14 Boğaz mal-qaramız bala salmaz, ölü doğmaz,
Meydanlarımızda şivən qopmaz.
15 Bunları dadan xalq nə bəxtəvərdir!
Allahı Yehova olan xalq nə bəxtiyardır!+