Ərəmya
20 Yehovanın evində baş nəzarətçi olan kahin İmmir oğlu Fəşhur da Ərəmyanın peyğəmbərlik etdiyi sözlərə qulaq asırdı. 2 O, Ərəmya peyğəmbəri döyüb Yehovanın evinin Yuxarı Binyamin darvazasında kündəyə saldı.+ 3 Amma səhəri gün Fəşhur Ərəmyanı kündədən çıxartdı. Ərəmya ona dedi:
«Yehova sənin adını Fəşhur* yox, Məcurmüssəbib* qoydu.+ 4 Çünki Yehova belə deyir: “Səni də, dostlarını da dəhşətə salacağam. Gözün görə-görə onlar düşmən qılıncına qurban gedəcəklər.+ Bütün Yəhudanı Babil padşahına təslim edəcəyəm. O, bəzilərini Babilə sürgün edəcək, bəzilərini qılıncdan keçirəcək.+ 5 Bu şəhərin var-dövlətini, sərvətini, qiymətli şeylərini, Yəhuda padşahlarının xəzinələrini düşmən əlinə verəcəyəm.+ Onları talan edəcəklər, götürüb Babilə aparacaqlar.+ 6 Sən isə, ey Fəşhur, ev əhlinlə birgə əsir gedəcəksən. Babilə gedib orada öləcəksən. Dostlarınla bərabər orada basdırılacaqsan. Çünki onlara yalan peyğəmbərliklər söyləyirsən”».+
7 Ey Yehova, Sən məni aldatdın, mən də aldandım.
Sən məndən güclü oldun, mənə üstün gəldin.+
Bütün günü gülüş hədəfiyəm,
Hamı məni ələ salır.+
8 Hər dəfə danışanda nalə çəkirəm,
«Zorakılıq, məhv!» deyib qışqırıram.
Yehovanın sözünə görə məni bütün günü
təhqir edirlər, ələ salırlar.+
Amma Onun sözü sümüklərimdə həbs edilən, ürəyimdə alovlanan atəş oldu,
Onu saxlamaqdan yoruldum.
Dözümüm qalmadı.+
10 Çoxlu söz-söhbət eşitdim.
Hər tərəfi dəhşət bürümüşdü.+
«Onu ittiham edin, gəlin onu ittiham edək!» deyirdilər.
Mənə salamatlıq arzulayan hər kəs yıxılmağımı gözləyirdi.+
«Yəqin bir axmaqlıq edər,
Onda biz ona üstün gəlib, ondan intiqam alarıq».
11 Amma Yehova zəhmli bir cəngavər kimi mənimlə idi.+
Məni təqib edənlər büdrəyəcək, üstün gələ bilməyəcək.+
Onlar uğur qazanmayıb biabır olacaq,
Onların əbədi rüsvayçılığı heç vaxt unudulmayacaq.+
12 Sən, ey ordular Allahı Yehova, salehi yoxlayırsan,
13 Yehovanı nəğmədə tərənnüm edin! Yehovanı mədh edin!
O, məzlumu şər adamların əlindən qurtardı.
14 Kaş doğulduğum günə lənət olaydı!
Anam məni dünyaya gətirən gün qara gələydi!+
15 Atama «Oğlun oldu, oğlun!» deyə muştuluq gətirənə,
Onu sevindirənə
Lənət olsun!
16 Həmin adamı görüm Yehovanın heyifsilənmədən dağıtdığı şəhərlər kimi olsun!
Qoy o, səhər fəryad səsi, günorta döyüş çağırışı eşitsin.
17 Nə üçün məni anamın bətnində öldürmədi?
Onda anamın bətni mənə qəbir olardı,
Anam həmişəlik hamilə qalardı.+
18 Nə üçün anamın bətnindən çıxdım?
Əzab-əziyyət, qüssə-kədər görməyəmi?
Rüsvayçılıq içində ömrümü başa vurmağamı?+