Zəbur
Biçarə bir məzlum duada ürəyini Yehovaya boşaldır.+
2 Bu dar günümdə üzünü məndən gizlətmə,+
Nə olar, qulağını mənə sarı əy,
Səni çağıranda mənə tez hay ver.+
3 Günlərim tüstütək yox olub gedir,
Sümüklərim soba kimi közərib.+
4 Ürəyim biçilmiş ot kimi quruyub,+
İştaham tamam küsüb.
6 Çöllükdəki qutana bənzəyirəm,
Viranəlik bayquşu kimiyəm.
8 Düşmənlərim bütün günü mənə lağ edir,+
Məni ələ salanlar adımı qarğışa çeviriblər.
Çünki məni qaldırdın, sonra kənara atdın.
13 Sən hökmən qalxıb Siona mərhəmət göstərəcəksən.+
15 Xalqlar Yehovanın adından,
Dünya padşahları calalından qorxacaq.+
18 Bunlar gələcək nəsil üçün yazılıb ki,+
Meydana gələcək bir xalq Yaha alqış etsin.
19 Yehova ucalardakı müqəddəs məkanından baxır,+
Göylərdən yeri seyr edir ki,
20 Məhbusların naləsini eşitsin,+
Ölümə məhkumları azad etsin.+
21 Beləcə, Yehovanın adı Sionda bəyan edilsin,+
Yerusəlimdə şəninə təriflər ucalsın,
22 Yehovaya qulluq etmək üçün
Xalqlar, səltənətlər bir yerdə toplaşanda.+
23 O, yarı yolda gücümü aldı,
Ömrümü qısaltdı.
25 Yerin bünövrəsini qədimdə Sən qoymusan,
Göylər də əlinin işidir.+
26 Onlar yox olub gedər, Sən isə həmişə var olacaqsan,
Hamısı paltar kimi köhnələr.
Onları libastək dəyişərsən, ömürləri başa çatar.
27 Amma Sən dəyişməz qalırsan, illərin tükənməzdir.+
28 Bəndələrinin övladları əmin-amanlıqda yaşayacaq,
Nəsilləri Sənin önündə möhkəm duracaq».+