Əşiya
55 Ey susayanlar,+ gəlin, gəlin su kənarına!+
Ey pulu olmayanlar, gəlin, götürün, yeyin!
Haydı, gəlin, şərabı, südü pulsuz-parasız alın.+
2 Niyə çörək olmayan şeyə pul verirsiniz,
Niyə qazancınızı qarnı doydurmayan şeylərə xərcləyirsiniz?
3 Mənə qulaq verin, yanıma gəlin.+
Qulaq asın ki, sağ qalasınız.
5 Budur! Sən tanımadığın xalqı çağıracaqsan.
Xalqın içindən səni tanımayanlar Allahın Yehovanın+,
İsrailin Müqəddəsinin xatirinə qaça-qaça yanına gələcək.
Çünki O, səni şan-şöhrətə yüksəldəcək.+
6 Nə qədər ki tapmağa imkan var, Yehovanı axtarın.+
Hələ ki O yaxındadır, Onu çağırın.+
Qoy Yehovaya tərəf dönsün, ona mərhəmət göstərər.+
Allahımıza tərəf qayıtsın, onu comərdliklə əfv edər.+
8 Yehova bəyan edir: «Mənim fikirlərim sizin fikirləriniz deyil,+
Mənim yollarım sizin yollarınız deyil.
9 Göylər yerdən nə qədər ucadırsa,
Mənim yollarım sizin yollarınızdan,
Mənim fikirlərim, sizin fikirlərinizdən o qədər ucadır.+
10 Yağış və qar göydən yerə yağır,
Torpağı islatmamış, onu barlı-bəhərli etməmiş,
Əkinçiyə toxum, yeyənə çörək verməmiş geri qayıtmır.
11 Ağzımdan çıxan söz də belə olacaq.+
O, yanıma əliboş qayıtmayacaq,+
Əksinə, istəyimi hökmən həyata keçirəcək,+
Onu göndərdiyim məqsədə mütləq nail olacaq.
13 Tikan yerinə ardıc ağacı,
Gicitkən yerinə mərsin bitəcək.+
Bu, silinməz, əbədi nişan olub
Yehovaya şan-şöhrət gətirəcək!»+