Məsəllər
3 Onları barmaqlarına sarı,
Ürəyinin lövhəsinə köçür.+
4 Hikmətə: «Bacımsan», — de,
Dərrakəyə: «Əqrəbamsan», — söylə.
Onların arasında ağılsız bir cavan diqqətimi cəlb etdi.+
8 O, həmin qadının evinin tinindən keçirdi,
Onun evinə tərəf gedirdi.
11 O, hay-küyçüdür, həyasızdır,+
Ayağı evə yığılmır.
12 Gah küçələrə, gah meydanlara çıxır,
Hər tinin başında pusqu qurur.+
13 O, oğlanı tutub öpdü,
Arsız-arsız dedi:
14 «Yandırma qurbanı kəsməli idim.+
Bu gün nəzirimi yerinə yetirdim.
15 Ona görə də pişvazına çıxdım,
Səni axtarıb tapdım.
16 Çarpayıma zərif örtüklər,
Əlvan Misir kətanı sərmişəm.+
17 Yatağıma mürr, əzvay, darçın səpmişəm.+
18 Gəl eşq badəsini sübhədək içək,
Sevgi atəşi ilə alovlanaq.
19 Ərim evdə yoxdur,
Uzaq səfərə çıxıb.
20 Pul kisəsini götürüb,
Bir də ay bədirlənəndə qayıdacaq».
21 Qadın dil töküb cavanı tovladı,+
Şirin dillə onu yoldan çıxartdı.
22 Cavan da kəsilməyə gedən buğa kimi,
Kündəyə salınıb cəzalandırılan axmaq kimi, onun ardınca getdi.+
23 Axırda ciyərinə ox saplanacaq.
O, quş kimi tora düşməyə tələsir, bilmir ki, canı alınacaq.+
24 Ey oğullarım, sözlərimə qulaq verin,
Dediklərimə diqqət kəsilin.
26 Çünki o, neçəsini məhv edib.+
Tələf etdiyi adamların sayı-hesabı yoxdur.+
27 Onun evi Məzara* aparır,
Ölümün dərin otaqlarına gedib çıxır.