Əşiya
2 Öz təqsirləriniz sizi Allahınızdan ayırdı.+
Günahlarınız ucbatından O, sizdən üz döndərdi,
Sizi eşitmək istəmir.+
3 Əlləriniz qan içindədir,+
Barmaqlarınız günaha bulaşıb.
Dodaqlarınızdan yalan yağır,+ dilinizdən pislik tökülür.
4 Salehliyi çağıran yoxdur,+
Doğru niyyətlə məhkəməyə gedən yoxdur.
Onlar boş şeylərə bel bağlayır,+ mənasız sözlər danışırlar.
Ziyana hamilə qalıb zərər doğurlar.+
5 Onlar zəhərli ilanın yumurtaları üstündə kürt oturur,
Hörümçək toru hörürlər.+
Yumurtalarını kim yesə ölər,
Sınan yumurtadan gürzə çıxar.
6 Onların hördüyü tordan paltar çıxmaz,
Düzəltdiklərinə bürünə bilməzlər.+
Əməlləri zərərdir,
Əllərində zorakılıq tutublar.+
7 Ayaqları şər dalınca qaçır,
Günahsız qan tökməyə tələsirlər.+
Ağıllarında ancaq pislik tutublar,
Yollarında ancaq virançılıq, dərd-bəla var.+
8 Sülh yolunu tanımırlar,
Cığırlarında ədalət yoxdur.+
Yollarını əyirlər.
Bu yollarla gedən sülh tapmayacaq.+
9 Odur ki, ədalət bizdən gen gəzir,
Salehlik bizə yaxın gəlmir.
Hey işıq gözləyirik, amma hər yan qaranlıqdır.
Aydınlıq gözləyirik, amma zülmətdə yeriyirik.+
10 Kor kimi, divardan tuta-tuta gəzirik,
Gözü görməyənlər kimi, əllə yoxlaya-yoxlaya gəzirik.+
Günün günorta çağı büdrəyirik, sanki, qaranlıq gecədir.
Qüvvətlilər arasında ölü kimiyik.
11 Hamımız ayı kimi böyürürük,
Göyərçintək qəmli-qəmli inləyirik.
Ədalət gözləyirik, lakin görmürük,
Nicat gözləyirik, lakin bizdən gen durub.
Asiliyimiz üstümüzdədir,
Təqsirlərimizi yaxşı bilirik.+
13 Biz asi olub Yehovanı inkar etdik,
Allahımıza arxa çevirdik.
Zülm etməkdən, üsyandan danışırdıq.+
Fitnə qurub, ürəyimizdən yalan sözlər çıxarırdıq.+
Haqq meydanda büdrəyir,
Doğruluq ora girə bilmir.
Yehova bunu gördü, çox narazı oldu,
Çünki haqq-ədalət tapmadı.+
16 O gördü ki, bir kömək edən yoxdur,
Heyrətə gəldi ki, bir qahmar çıxan yoxdur,
Buna görə, öz qolu nicat gətirdi,
Ədaləti də tərəfində durdu.
17 Sonra O, ədaləti zirehtək geydi,
Nicat dəbilqəsini başına qoydu,+
Qisas libasını əyninə taxdı,+
Qeyrəti əbatək əyninə bürüdü.
18 O, onlara əməllərinin əvəzini verəcək,+
Yağılarına qəzəblə, düşmənlərinə qisasla əvəzini verəcək.+
Adaların da haqqını verəcək.
19 Günbatanda Yehovanın adından,
Gündoğanda əzəmətindən qorxacaqlar.
Çünki O, gur-gur axan,
Yehovanın ruhu ilə axan çay kimi gələcək.
21 Yehova deyir: «Onlarla bağladığım əhd budur.+ Üzərində olan ruhum, dilinə qoyduğum sözlər sənin, uşaqlarının, nəvələrinin dilindən götürülməyəcək. İndidən sonsuzadək», — deyir Yehova.