Romalılara
9 Məsihin davamçısı kimi düzünü deyirəm, yalan danışmıram, çünki vicdanım mənimlə bərabər müqəddəs ruh vasitəsilə şahiddir ki, 2 ürəyimdə dərin kədər və kəsilməyən bir ağrı duyuram. 3 Mən qardaşlarımdan, cismən mənə qohum olan israillilərdən ötrü Məsihdən ayrılmağa və lənətlənməyə hazıram. 4 Axı oğulluğa götürülmək+ haqqı, şərəf və əhdlər+ onlara məxsusdur. Qanun+, müqəddəs xidmət+ və vədlər də onlara verilib.+ 5 Onlar əcdadlarımızdan törəyiblər,+ Məsih də onların nəslindəndir.+ Hər şeyin üzərində hökmran olan Allaha əbədiyyət boyu alqış olsun! Amin.
6 Ancaq bu o demək deyil ki, Allahın sözü yerinə yetmədi. Çünki İsraildən törəyənlərin hamısı əsl israilli deyil.+ 7 İbrahimin övladları olsalar da, onların hamısı onun əsl övladı deyil,+ ancaq belə yazılıb: «Sənə vəd olunan övlad* İshaqdan törəyəcək».+ 8 Yəni ondan törəyənlərin hamısı, əslində, Allahın övladı+ deyillər, vədə görə doğulanlar övlad* sayılırlar.+ 9 Vəd bu sözlərlə verilmişdi: «Gələn il bu vaxt gələcəyəm və Saranın bir oğlu olacaq».+ 10 Yalnız o halda deyil, həmçinin Rəfəqə ulu babamız İshaqdan əkizlərə hamilə qalanda+ da eyni şey baş verdi. 11 Əkizlər doğulmazdan əvvəl, hələ nə yaxşı, nə də pis iş görməzdən qabaq (Allahın seçimlə bağlı niyyəti işlərdən yox, Çağırandan asılı olsun deyə), 12 Rəfəqəyə belə deyilmişdi: «Böyük kiçiyin qulu olacaq».+ 13 Həmçinin belə yazılıb: «Mən Yaqubu sevdim, Eysə isə nifrət etdim».+
14 Belə isə, nə deyək? Məgər Allah ədalətsizlik edir? Əsla yox!+ 15 O, Musaya belə deyib: «Kimə məsləhət bilsəm, ona mərhəmət göstərərəm, kimə məsləhət bilsəm, ona şəfqət bəslərəm».+ 16 Deməli, Allahın seçimi insanların arzusundan, yaxud cəhdlərindən yox, rəhmdil Allahdan asılıdır.+ 17 Müqəddəs Yazılara görə Allah firona belə deyir: «Sənin sağ qalmağına ona görə izin verdim ki, sənin üzərində gücümü göstərim və bütün dünya adımı eşitsin».+ 18 Beləliklə, Allah kimə istəyir mərhəmət göstərir, kimə istəyir inadında qalmağa izin verir.+
19 Onda sən məndən soruşacaqsan ki, «Allah nəyə görə nöqsan axtarır? Axı kim Onun iradəsinə zidd gedə bilər?» 20 Ey insan, sən kimsən ki, Allaha cavab qaytarırsan?+ Heç qab onu düzəldənə: «Məni niyə belə düzəltmisən?»+ — deyər? 21 Məgər dulusçunun gil+ üzərində ixtiyarı yoxdur ki, eyni gil parçasından həm şərəfli, həm də şərəfsiz istifadə üçün müxtəlif qablar düzəltsin? 22 Əgər Allah qəzəbini nümayiş etdirmək, gücünü bəlli etmək istədisə, məhv olunası qəzəb qablarına böyük səbirlə dözdüsə, buna nə deyək? 23 Və əgər bunu qabaqcadan şərəf üçün hazırladığı mərhəmət qablarının,+ 24 yəni təkcə yəhudilərin arasından deyil, başqa xalqlardan da çağırdığı+ bizlər üzərində əzəmətinin bolluğunu göstərmək üçün etdisə, onda necə olsun? 25 O, Huşə vasitəsilə belə deyir: «Xalqım olmayana+ “xalqım” deyəcəyəm, sevilməyən qadına “sevgilim”+ deyəcəyəm, 26 harada ki onlara “xalqım deyilsiniz” deyilmişdi, orada onlara “var olan Allahın oğulları”+ deyiləcək».
27 Əşiya da İsrail haqqında deyir: «İsrail oğullarının sayı dəniz qumu qədər olsa da, az sayda adam xilas olacaq.+ 28 Çünki Yehova bütün yer üzünü cavabdehliyə çağıracaq. O, bu işi tez görüb tamamlayacaq».+ 29 Əşiya başqa yerdə belə deyib: «Ordular Allahı Yehova övladlarımızdan kimlərisə sağ saxlamasaydı, biz Sədum kimi olardıq, Əmurəyə bənzəyərdik».+
30 Onda nə deyək? Başqa xalqlardan olanlar salehliyə can atmaya-atmaya imandan doğan salehliyə yetişdilər,+ 31 salehlik qanununa can atan İsrail isə bu qanuna tam riayət etmədi. 32 Niyə? Çünki İsrail salehliyə imanla yox, əməllərlə can atırdı. Onların ayağı «daşa» ilişib büdrədi,+ 33 necə ki yazılıb: «Budur, Mən Sionda büdrədən daş,+ yıxan qaya qoyuram, ancaq imanını onun üzərində quran heç vaxt peşman olmayacaq».+