Zəbur
3 Müqəddəs adı ilə fəxr edin.+
Qoy Yehovanı axtaranların ürəyi şad olsun!+
4 Yehovanı axtarın,+ Ondan güc diləyin.
Daim Onun camalını axtarın.
5 Möhtəşəm işlərini,
Möcüzələrini, ağzından çıxan hökmləri xatırlayın,+
6 Ey qulu İbrahimin nəsli,+
Ey Yaqubun oğulları, seçdiyi bəndələr!+
8 O, əhdini əbədiyyət boyu,
Vədini min nəslə qədər xatırlar.+
10 Bunu Yaqub üçün fərman,
İsrail üçün həmişəlik bir əhd etdi.
11 Dedi: «Kənan torpağını
Sənə miras verəcəyəm».+
13 Eldən-elə dolaşır,
Məmləkətdən məmləkətə köçürdülər.+
16 Ölkəyə qıtlıq göndərdi,+
Ərzaq tədarükünü kəsdi.
17 Onların qabağınca bir nəfəri,
Köləliyə satılmış Yusifi göndərdi.+
18 Onun ayaqlarını zəncirlədilər,+
Boynuna dəmir halqa taxdılar*,
19 Yehovanın sözü gerçəkləşənə qədər.+
Allahın sözü onu saflaşdırdı.
20 Padşah onu azad etmək üçün,
Bəli, xalqların hökmdarı onu zindandan çıxarmaq üçün adam göndərdi.+
21 Onu ev əhli üzərində ağa qoydu,
Varidatını onun ixtiyarına verdi ki,+
22 Naibləri üzərində səlahiyyəti olsun,
Ağsaqqallarına hikmət öyrətsin.+
23 Sonra İsrail Misirə gəldi,+
Yaqub Ham ölkəsində qərib kimi yaşadı.
25 Düşmənlərinin ürəyində xalqına qarşı nifrət oyatdı ki,
Qullarına qarşı qəsd qursunlar.+
27 Onlar Misirlilər arasında Allahdan əlamətlər,
Ham ölkəsində Onun möcüzələrini göstərdilər.+
28 Allah qaranlıq göndərdi, ölkəyə zülmət çökdü.+
Onlar Onun sözündən çıxmadılar.
29 O, ölkənin sularını qana döndərdi,
Balıqlarını tələf etdi.+
30 Bütün ölkəyə qurbağalar doluşdu,+
Padşahların otaqlarına qədər.
31 O əmr etdi mozalanlar gəlsin,
Mığmığalar bütün əraziləri bürüsün.+
32 Yağış yerinə dolu yağdırdı,
Torpaqlarına ildırım göndərdi.+
33 O, üzüm bağlarını, əncir ağaclarını məhv etdi,
Ölkənin bütün ağaclarını qırdı.
34 Əmr etdi çəyirtkələr gəlsin,
Saysız-hesabsız bala çəyirtkələr axışsın.+
35 Onlar ölkədəki bütün bitkiləri,
Torpağın bar-bəhərini yedilər.
37 Xalqını qızıl-gümüşlə oradan çıxartdı,+
Qəbilələri arasında büdrəyən olmadı.
38 Onlar çıxanda Misir sevinirdi,
Çünki İsrail xofu onları bürümüşdü.+
42 Çünki qulu İbrahimə verdiyi müqəddəs vədini unutmamışdı.+
43 O, xalqını fərəh içində,+
Seçilmişlərini sevinc sədaları ilə azad etdi.
44 Onlara xalqların torpaqlarını verdi;+
Yadellilər zəhmət çəkdi, bəhrəsi onlara qaldı,+
45 Belə ki, Onun fərmanlarına əməl etsinlər,+
Qanunlarına bağlı qalsınlar.
Yaha alqış edin!