Məsəllər
25 Bunlar da Süleymanın məsəlləridir.+ Yəhuda padşahı Hizqiyyənin+ adamları onları qələmə aldılar*.
2 Məsələni sirli saxlamaq Allaha şərəf gətirir,+
İşi araşdırmaq isə padşahları ucaldır.
3 Göylər nə qədər ucadırsa, yer nə qədər dərindirsə,
Padşahın da qəlbi elə dərkedilməzdir.
4 Gümüşü tullantıdan ayır,
Onda saf olar.+
5 Şər adamı padşahın hüzurundan uzaqlaşdır,
Onda taxtı ədalətlə bərqərar olar.+
7 Qoy o, sənə: «Buyur, yuxarı başa keç», — desin,
Nəinki əsilzadələrin önündə alçaltsın.+
8 Məhkəmə açmağa tələsmə,
Qonşun səni günahkar çıxarsa, nə edəcəksən?+
10 Kim eşitsə, səni utandırar,
Yaydığın söz-söhbəti də yığıb-yığışdırmaq olmaz.
12 Sözeşidənə hikmətli məzəmmətçi
Qızıl sırğa, saf qızıldan düzəlmiş zinət kimidir.+
13 Biçin günü qardan gələn sərinlik necədirsə,
Etibarlı qasid də onu göndərən üçün elədir.
O, ağasının ruhunu təzələr.+
14 Olmayan hədiyyə ilə öyünən adam
Yağışsız buluda, küləyə bənzər.+
15 Səbirlə sərkərdə fəth edilər.
Həlim dil daşı da yumşaldar*.+
16 Bal tapmısansa, qədərində ye,
Çox yesən, qusarsan.+
17 Qonşunun evinə tez-tez getmə,
Yoxsa bezər, səndən zəhləsi gedər.
18 Adamın üzünə duran yalançı şahid+
Toppuza, qılınca, iti oxa bənzər.
19 Dar gündə etibarsız adama* bel bağlamaq
Sınıq dişə, çolaq ayağa güvənməyə bənzər.
20 Qəlbi qubarlıya nəğmə oxuyan+
Soyuq havada paltarını soyunan adama,
Yaxud qələvi üstə tökülən sirkəyə bənzər.
21 Düşmənin acdırsa, onu yedizdir,
Susuzdursa, ona su ver.+
23 Şimal küləyi leysan gətirər,
Qeybətçi dil də qəzəb.+
25 Yorğun adam üçün sərin su necədirsə,
Uzaq diyardan gələn şad xəbər də elədir.+
26 Şər adama təslim olan saleh
Bulanıq çeşməyə, dağılmış quyuya bənzər.