Zəbur
Dirijora. Davudun məzmuru. Davud Badsəba+ ilə yaxınlıq edəndən sonra Natan peyğəmbər onun yanına gələndə.
3 Təqsirlərimi yaxşı bilirəm,
Günahım gözümün önündə durub.+
4 Sənə, əsas Sənə qarşı günah etdim,+
Gözündə pis olan işi tutdum,+
Odur ki, sözlərin haqq,
Hökmün adildir.+
5 Mən təqsir içində dünyaya gəldim,
Anamın bətninə düşəndən məndə günah yaşayır.+
6 Fəqət Sən ürəkdə qərar tutmuş doğruluğu xoşlayırsan,+
Ürəyimə əsl hikmət aşıla.
11 Məni hüzurundan rədd etmə,
Nə olar, müqəddəs ruhunu məndən alma.
12 Səndən gələn qurtuluş sevincini qoy yenə dadım,+
Sənə itaət etməyə həvəs oyat içimdə.
13 Qanunu pozanlara Sənin yollarını öyrədəcəyəm ki,+
Günahkarlar Sənə sarı dönsün.
14 Ey Allah, ey nicatımın Allahı,+ məni qan günahından azad et,+
Qoy dilim Sənin ədalətini şövqlə bəyan etsin.+
15 Yehova, nə olar, dodaqlarımı aç,
Dilim Sənə təriflər söyləsin.+
17 Peşman ruhdur Allaha məqbul qurban.
Çilik-çilik olmuş, peşman ürəyi rədd etməzsən,+ ey Allah.
18 Lütfünlə Siona yaxşılıq et,
Yerusəlimin divarlarını tik.
19 O zaman salehliklə gətirilən qurbanlar,
Yandırma qurbanı, bütöv qurban Sənə xoş olar.
O zaman qurbangahında buğalar təqdim ediləcək.+