Lavililər
21 Yehova Musaya dedi: «Kahinlərə, Harunun oğullarına belə de: “Sizlərdən heç kim xalqın adamlarından kiminsə meyitinə görə özünü murdarlamamalıdır.+ 2 Ancaq ölən qan qohumunuza: ananıza, atanıza, oğul və qızınıza, qardaşınıza 3 və sizinlə bir yerdə yaşayan subay, bakirə bacınıza görə özünüzü murdarlaya bilərsiniz. 4 Soydaşlarınızdan kimdəsə ərdə olan qadına görə özünüzü murdarlayıb ləkələməməlisiniz. 5 Başınızı keçəl etməyin,+ saqqalınızın qıraqlarını qırxmayın, bədəninizdə yara açmayın.+ 6 Siz Allahınızın gözündə müqəddəs olmalı,+ Allahınızın adını ləkələməməlisiniz,+ çünki sizlər Yehovaya məxsus yandırma təqdimələrini, Allahınızın çörəyini təqdim edirsiniz. Siz müqəddəs olmalısınız.+ 7 Fahişə ilə, ləkələnmiş və ya boşanmış qadınla evlənməməlisiniz,+ çünki kahin Allahın gözündə müqəddəsdir. 8 Kahin müqəddəs olmalıdır,+ çünki o, Allahınızın çörəyini təqdim edir. O, sizin üçün müqəddəs olmalıdır, çünki Mən, sizi müqəddəs edən Yehova, müqəddəsəm.+
9 Fahişəlik edib özünü ləkələyən kahin qızı atasının adına ləkə gətirmiş olur. Belə qız yandırılmalıdır.+
10 Qardaşları arasından başına məsh yağı tökülüb+ vəzifəyə təyin olunan, kahin paltarlarını+ geyinən baş kahinin saçı dağınıq olmamalıdır və o, yaxasını cırmamalıdır.+ 11 Baş kahin heç bir ölüyə yaxın getməməlidir.+ Ölən hətta atası və ya anası olsa belə, özünü murdarlamamalıdır. 12 O, müqəddəs məkanı tərk etməməli və Allahının müqəddəs məkanını ləkələməməlidir,+ çünki həsr nişanı, Allahının məsh yağı onun üzərindədir.+ Mən Yehovayam.
13 Baş kahinin aldığı qız bakirə olmalıdır.+ 14 O, dul, boşanmış, ləkələnmiş və ya fahişə qadın almamalıdır. Öz xalqından olan bakirə qızla evlənməlidir. 15 O, xalqı içində öz övladlarını ləkələməməlidir,+ çünki Mən Yehovayam, onu müqəddəs edən Allah”».
16 Yehova sözünə davam edərək Musaya dedi: 17 «Haruna belə söylə: “Sənin gələcək nəslindən qüsuru olan heç bir kəs Allahın çörəyini təqdim etmək üçün qurbangaha yaxınlaşmasın. 18 Qüsuru olan adam oraya yaxınlaşmasın: nə kor, nə axsaq, nə sifəti eybəcər hala düşmüş, nə əl-ayağının biri uzun, biri qısa olan, 19 nə ayağı və ya qolu sınıq olan, 20 nə qozbel, nə cırtdanboy*, nə gözündə qüsur olan, nə sövdalı* və ya dəmrovlu, nə də ki xayaları zədələnmiş.+ 21 Kahin Harunun nəslindən qüsuru olan heç bir kəs Yehovaya məxsus yandırma təqdiməsi gətirmək üçün qurbangaha yaxınlaşmasın. Qüsuru olduğuna görə o, Allahının çörəyini təqdim etmək üçün oraya yaxınlaşmamalıdır. 22 O, Allahının çörəyindən — müqəddəs yeməklərdən+ və son dərəcə müqəddəs yeməklərdən yeyə bilər.+ 23 Lakin pərdəyə+ və qurbangaha+ yaxınlaşmamalıdır, çünki qüsurludur. O, Mənim müqəddəs məkanımı+ ləkələməməlidir, çünki Mən Yehovayam, onları müqəddəs edən+ Allah”».
24 Musa Harunla oğullarına və bütün israillilərə bu sözləri çatdırdı.