Yaqub
4 Aranızdakı dava-dalaş, çəkişmələr haradandır? Bədəninizdə çarpışan istəklərdən deyilmi?+ 2 Siz arzulayırsınız, amma istədiyiniz sizdə yoxdur. Öldürürsünüz, tamah salırsınız, amma yenə də istədiyinizi ala bilmirsiniz. Dava-dalaşdan və çəkişmələrdən başınız açılmır.+ Arzuladığınız sizdə yoxdur, çünki diləmirsiniz. 3 Diləyəndə də ala bilmirsiniz, çünki yaxşı məqsədlə yox, nəfsinizi doydurmaq üçün diləyirsiniz.
4 Ey vəfasızlar*, məgər bilmirsiniz ki, dünya ilə dostluq Allahla düşmənçilik deməkdir? Buna görə də dünyanın dostu olmaq istəyən özünü Allahın düşməni edir.+ 5 Yoxsa elə düşünürsünüz ki, Müqəddəs Yazılar əbəs yerə: «Daxilimizdə məskunlaşmış paxıllıq ruhu daima nə isə arzulayır», — deyir?+ 6 Ancaq Onun bizə göstərdiyi lütf daha böyükdür. Buna görə də deyilir: «Allah məğrurlara qarşı çıxır,+ təvazökarlara isə lütf göstərir».+
7 Buna görə də Allaha tabe olun,+ İblisə müqavimət göstərin+ və o, sizdən qaçacaq.+ 8 Allaha yaxınlaşın, O da sizə yaxınlaşacaq.+ Ey günahkarlar, əllərinizi paklayın!+ Ey qətiyyətsizlər, ürəyinizi təmizləyin!+ 9 Kədərlənin, yas tutun, ağlayın.+ Qoy gülüşünüz yasa, sevinciniz qəmə dönsün. 10 Yehovanın qarşısında təvazökar olun+ və O, sizi ucaldacaq.+
11 Qardaşlar, bəsdirin bir-birinizin əleyhinə danışdınız.+ Qardaşının əleyhinə danışan, yaxud onu mühakimə edən qanuna qarşı danışır və qanunu mühakimə edir. Əgər sən qanunu mühakimə edirsənsə, deməli, qanunun icraçısı yox, hakimi olursan. 12 Axı həm xilas etməyə, həm də məhv etməyə qadir olan+ bir Qanunverən və Hakim+ vardır. Bəs sən kimsən ki, başqasını mühakimə edirsən?!+
13 İndi isə: «Bu gün ya sabah filan şəhərə gedəcəyik, orada bir il qalacağıq, ticarət edib pul qazanacağıq», — deyənlər, bir qulaq asın.+ 14 Siz heç sabah başınıza nəyin gələcəyini bilmirsiniz.+ Axı siz peyda olub tezliklə yox olan dumansınız.+ 15 Siz gərək belə deyəydiniz: «Əgər Yehova məsləhət bilsə,+ sağlıq olsun, filan-filan şeyi edərik». 16 Siz isə lovğalıq edərək qürurlanırsınız. Belə lovğalıq pislikdir. 17 Buna görə də əgər kimsə düzgün işi necə görməyi bilir, amma görmürsə, o, günah edir.+