Davudun məzmuru. Şəhərə qalxarkən.
133 Nə yaxşıdır, nə xoşdur,
Qardaşlar bir olub, bir yaşayanda!+
2 Bu, başa çəkilən bahalı yağa,+
Axıb saqqala süzülən,
Harunun saqqalına,+
Paltarının yaxasına süzülən yağa bənzər.
3 Sion dağlarına+ enən
Hərmun+ şehinə bənzər.
Yehova fərman verib ki, orada Onun neməti,
Əbədi həyat olsun.