Əşiya
25 Ey Yehova, Sənsən Allahım!
Səni ucaldıram, adını tərif edirəm,
Çünki xariqələr yaratmısan.+
2 Şəhəri daş qalağına döndərdin,
İstehkamlı şəhəri xarabazara çevirdin.
Yadellinin qalası daha şəhər deyil,
Bir də bərpa olunmayacaq.
4 Sən fağıra,
Darda olan yoxsula qala oldun,+
Leysan yağışdan daldalanacaq,
Qızmar istidə kölgəlik oldun.+
Zalımların nəfəsi divara çırpılan leysan kimi,
5 Quraq torpaqda qızmar isti kimi olanda,
Sən yadların nəriltisini ram edirsən.
Buludun kölgəsi istinin qarşısını necə alırsa,
Zalımların nəğməsi eləcə susdurulur.
6 Ordular Allahı Yehova bu dağda+ bütün xalqlar üçün
Yağlı xörəklərdən,
Əla şərabdan ziyafət quracaq.+
Bəli, orada iliklə dolu yağlı xörəklər,
Süzgəcdən keçmiş, əla şərab olacaq.
7 Bu dağda O, bütün ümmətləri örtən pərdəni,
Bütün xalqların üzərinə sərilmiş örtüyü yox edəcək.
Xalqının rüsvayçılığını bütün dünyadan götürəcək.
Yehova Özü bunu deyib.
9 O gün deyəcəklər:
«Bax, budur bizim Allahımız!+
Budur Yehova!
Biz ona ümid bağladıq.
Gəlin Onun verdiyi qurtuluşa sevinib-şadlanaq».+
10 Yehovanın əli bu dağın üstündə olacaq.+
Muab isə saman peyində tapdalandığı kimi,
Yerindəcə tapdalanacaq.+
11 Üzgüçü suda əl-qol atdığı kimi,
O, əllərini onun* üzərinə uzadacaq,
Əllərinin sərrast hərəkətləri ilə
Onun qürurunu alçaldacaq.+
12 İstehkamlı şəhəri,
Sənin hündür müdafiə divarlarını dağıdacaq,
Yıxıb yerlə yeksan edəcək.