Qanunun təkrarı
27 Sonra Musa İsrail ağsaqqalları ilə birlikdə xalqa tapşırdı: «Bu gün sizə verdiyim hər bir əmrə riayət edin. 2 İordanı keçib Allahınız Yehovanın sizə verdiyi torpağa qədəm basanda iri daşlar seçib üstünə əhəng çəkin.+ 3 O taya keçəndə bu Qanunun bütün sözlərini həmin daşların üstünə yazın ki, ata-babalarınızın Allahı Yehovanın söz verdiyi kimi, süd-bal axan diyara, Allahınız Yehovanın verdiyi ölkəyə daxil ola biləsiniz.+ 4 İordanı keçəndə bu gün sizə əmr etdiyim kimi, bu daşları Eybal+ dağında qoyub üstünü əhəngləyərsiniz. 5 Həmçinin orada Allahınız Yehovanın adına daşlardan qurbangah düzəldərsiniz. Amma daşlara dəmir alət dəyməməlidir.+ 6 Allahınız Yehovanın adına olan bu qurbangahı yonulmamış daşlardan düzəltməli, üstündə Allahınız Yehovaya yandırma qurbanları təqdim etməlisiniz. 7 O yerdə ünsiyyət qurbanları+ da kəsib yeyin və Allahınız Yehovanın önündə sevinib-şadlanın.+ 8 Qanunun bütün sözlərini daşların üstünə aydın yazın».+
9 Sonra Musa və lavili kahinlər bütün İsrailə xitab edib dedi: «Ey İsrail, sus və dinlə! Bu gün siz Allahınız Yehovanın xalqı oldunuz.+ 10 Siz Allahınız Yehovanın sözünə qulaq asmalı, bu gün sizə çatdırdığım əmrlərinə+ və qanunlarına riayət etməlisiniz».
11 Həmin vaxt Musa xalqa tapşırıb dedi: 12 «İordanın o tayına keçəndə Şəmun, Lavi, Yəhuda, Yəsakir, Yusif və Binyamin qəbilələri xalqa xeyir-dua vermək üçün Qərizim+ dağında durmalıdırlar. 13 Rubən, Cad, Aşir, Zəbulun, Dan və Niftalı qəbilələri lənətləri bəyan etmək üçün Eybal+ dağında durmalıdırlar. 14 Lavililər isə ucadan bütün israillilərə söyləməlidirlər:+
15 “Yehovanın ikrah etdiyi,+ sənətkarın əl işi olan oyma+ büt, tökmə+ büt düzəldənə və gizlədənə lənət olsun! (Hamı “amin” deyə cavab versin.)
16 Ata-anasına sayğısızlıq göstərənə lənət olsun!+ (Hamı “amin” deyə cavab versin.)
17 Qonşusunun sərhədini dəyişdirənə lənət olsun!+ (Hamı “amin” deyə cavab versin.)
18 Koru azdırana lənət olsun!+ (Hamı “amin” deyə cavab versin.)
19 Qəribin, yetimin, dulun+ işinə baxarkən ədaləti+ pozana lənət olsun! (Hamı “amin” deyə cavab versin.)
20 Atasının arvadı ilə yaxınlıq edib atasının şərəfini ləkələyənə lənət olsun!+ (Hamı “amin” deyə cavab versin.)
21 Heyvanla cinsi əlaqəyə girənə lənət olsun!+ (Hamı “amin” deyə cavab versin.)
22 Doğma bacısıyla, atabir bacısıyla, anabir bacısıyla yaxınlıq edənə lənət olsun!+ (Hamı “amin” deyə cavab versin.)
23 Qayınanasıyla yaxınlıq edənə lənət olsun!+ (Hamı “amin” deyə cavab versin.)
24 Pusqu qurub soydaşını öldürənə lənət olsun!+ (Hamı “amin” deyə cavab versin.)
25 Rüşvət alıb günahsız qan tökənə lənət olsun!+ (Hamı “amin” deyə cavab versin.)
26 Bu Qanunda deyilənlərə riayət etməyənə lənət olsun!+ (Hamı “amin” deyə cavab versin.)”